Azəricə (Azərbaycan dili)English (United Kingdom)
  • An Image Slideshow
  • An Image Slideshow
  • An Image Slideshow
  • An Image Slideshow
  • An Image Slideshow
  • An Image Slideshow
  • An Image Slideshow
  • An Image Slideshow
  • An Image Slideshow
  • An Image Slideshow
  • An Image Slideshow
  • An Image Slideshow
Partnyorlar
  • Photo Title 1
  • Photo Title 2
  • Photo Title 3
  • Photo Title 4
  • Photo Title 5
Texniki Dəstək

Sumqayıt Texnologiyalar Parkı

Respublikamızda qeyri-neft sektorunun inkişafı, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsas istiqamətlərindəndir. Məhz XX əsrin 70-ci illərindən etibarən ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində iqtisadiyyatımızdakı bugünkü uğurların bünövrəsi qoyulmuşdur.

Bildiyiniz kimi,2004-cü ilin fevral ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)” ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətləri səviyyəsinə qaldırmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın digər sahələri kimi, elektroenergetika sənayesində də yeni infrastruktur layihələri həyata keçirilir. Respublika iqtisadiyyatının, o cümlədən Sumqayıt şəhərinin inkişafının müstəsna əhəmiyyəti nəzərə alınaraq, inşa edilən Texnologiyalar Parkı da (STP) belə layihələrdəndir.
Bu sahədə dövlətin iqtisadi siyasətini yerinə yetirən “Azenco” ASC, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarını rəhbər tutaraq Sumqayıt şəhəri H. Z. Tağıyev qəsəbəsində müasir Texnoparkın (Sumqayıt Texnologiyalar Parkı) tikintisini həyata keçirdi.

Respublikamızda aparılan intensiv irimiqyaslı tikinti quraşdırma, qabaqcıl Avropa texnologiyalarının gətirilməsi, onlar əsasında yeni zavodların yaradılması və yeni iş yerlərinin açılması məqsədi ilə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yerləşən keçmiş İEM-2-nin ərazisində Sumqayıt Texnologiyalar Parkı (STP) inşa edildi.

Müəssisədə müasir texnologiyalar əsasında respublika üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik elektroenergetika və maşınqayırma sənayesi məhsullarının istehsalı nəzərdə tutulmuşdur. 17 zavoddan ibarət olan bu Texnologiyalar Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən, müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar (arqon, oksigen, azot və s.) istehsal edilir.

Sumqayıt Texnologiyalar Parkının inşası yüzlərlə iş yerlərinin açılmasına səbəb oldu ki, bu da gələcəkdə iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, əhalinin sosial həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına da kömək edəcəkdir.