Sumgait Technologies Park

Məhz XX əsrin 70-ci illərindən etibarən umummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu günkü uğurlu iqtisadiyyatımızın inkişafının bünövrəsi qoyulmuşdur. Həmin siyasətin uğurlu davamçısı olan Cənab Prezident İlham Əliyevin səy və bacarıqları nəticəsində bir çox iqtisadı islahatlar həyata keçirilmişdir və nəticədə fərdi sahibkarlar üçün çox əlverişli şərait yaradılmışdır ki, STP kimi nəhəng, çoxşahəli və respublikanın sənayesini inkişaf etdırən müəssisə yarandı. STP Azərbaycan Respublikasının iqtisadiyyatının stabil inkişafına öz tövhəsini verən ən iri vergi odəyicilərindən biridir.

Sumqayıt Texnologiyalar Parkı(STP)regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir.

Texnoparkın məhz Sumqayıtda yaradılması Azərbaycanın iqtisadi cəhətdən inkişafına əhəmiyyətli dərəcədə təkan verməklə yanaşı, vaxtılə Qafqazda sənaye mərkəzi kimi yaradılan Sumqayıtın tarixi ənənələrinin bərpası deməkdir.

Bu gün STP-nin tikinti-montaj və istehsalat sahələrində 4500 işçi işləyir. Tikilməkdə olan zavodlar təhvil verildikdən sonra işçi heyətinin sayı 1000 nəfər də artacaq ki, bu da öz növbsində sosial yaşayış standartlarının yaxşılaşdırılmasına zəmin yaradacaq.

STP 2009-cu il dekabr ayının 22-də dövlət başçısı cənab Ilham Əliyev tərəfindən istismara verilmişdir.

STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur.

​​Ümumi sahəsi 250hektar olan sənaye tikililəri sahəsində yeni zavodların dizaynı və tikintisi davam edir.

STP-nin bütün zavodları Avropa istehsalı olan labaratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub; STP-də istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur.