Dişli çarxların emalı

Ümumi məlumat

Müəssisə asanlıqla müxtəlif ölçülərdə pilləli, şlisli, dişli vallar istehsalını həyata keçirir. Avadanlıqlarımız heç bir çətinlik çəkmədən slindrik, konik, sonsuz vint, Novikov tipli, hipoid və s. dişli çarxların istehsalına  imkan yaradır. 

 

Burada Amerikanın və Almaniyanın GLEASON şirkətinin diş açma və pardaqlama dəzgahları, test və ölçmə dəzgahları quraşdırılıb. Avadanlığın növündən asılı olaraq Ø1200mm; Ø800mm; Ø600mm; Ø400mm; Ø125/100mm (silindrik), həmçinin Ø1000; Ø600; Ø275 (konik) ölçülərdə olan xammallarda dişli çarxların emalı və pardaqlanma kimi əməliyyatlar aparmaq mümkündür.