Karbamid Zavodu

Karbamid Zavodu

Karbamid zavodunun təməli 2011-ci ildə qoyulmuşdur.

  • Kateqoriyalar: Sənaye müəssisəsi
  • Yer: Sumqayıt
  • Tikildiyi il: 2014-2017

SOCAR-ın Karbamid zavodu layihəsi Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilib.

Karbamid zavodunun təməli 2011-ci ildə qoyulmuşdur. Layihə üzrə tikinti işlərinə 2014-cü ilin fevralından başlanmışdır və yaxın zamanda istismara verilməsi planlaşdırılır. Ümumi ərazisi 39.27 ha olan müəssisənin tikintisi Sumqayıt şəhərində həyata keçirilir.

Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarət olacaqdır. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qaz çıxış edəcəkdir. İstehsal üçün illik qaz sərfiyyatının 435 milyon m3 (gündəlik 1.32 milyon m3) olması gözlənilir.

“Sumqayıt Texnologiyalar Parkı” MMC Canubi Koreyanın “Samsung Engineering Co.” Ltd-nin sifarişi əsasında layihədə 5000 ton metal konstruksiya, 60000m² sendvic panel və digər xidmətləri ilə yaxından iştirak etmişdir.