Alüminium kompazit panel

Tətbiq sahəsi

Alkopan - normal, odadavamlı

Zavod digər istehsal səhəsində quraşdırılmış Cənubi Koreyanın “U-lim Co” şirkətinə məxsus avadanlıqlarda saatda 180 m² normal və ya odadavamlı alüminium kompazit panel (alkopan) istehsal etmək mümkündür. Hazırda istehsal olunan alüminium kompazit panellərin qalınlıqları 3;4;5 mm, eni 1÷1,25 və 1.6 metr, uzunluğu isə sifarişçinin istəyinə uyğun olaraq müxtəlif olur. Alüminium təbəqənin rəngi də müştərinin seçimi əsasında təyin edilir.

Alüminium kompozit panelləri (Alkopan) – inşaat üzləmə kompozit materialıdır. Panellər, 0.5 mm qalınlıqlı, əvvəlcədən rənglənmiş alüminium təbəqələrindən ibarətdir, onların arasına isə polimer (aşağı təzyiqli polietilen əsasında) təbəqə yapışdırılıb. Yapışdırıcı qranullar ilə polietilenin aluminium lövhəyə yapışması təmin edilməkdədir. Üst aluminium lövhənin boyalı olmasına görə üstün səth dayanımına malikdir. Bina daxili və xarici cəbhələrində, dekorasiya proqramlar, reklam lövhələri başlıca istifadə sahələridir.

Alüminium kompozit panelin xüsusiyyətləri aşağıdakılardır.

  • Davamlı, sərt və yüngül
  • Çox müxtəlif rəng və elastik layihələrdə tətbiq
  • Esteik və qəşəng görünüş
  • Pis hava şəraitinə qarşı yüksək müqavimət
  • Asan baxım və təmizlik
  • Sürətli və asan montaj

Alüminium kompozit panelin tətbiq olunduğu məkanlar:

  • Xarici və daxili cəbhə örtmələri
  • Alış-veriş mərkəzləri, otel, sərgi və sərgi tətbiqləri
  • Müxtəlif bərpa və dekorasiya tətbiqləri
  • İşarə lövhə və reklam lövhələri tətbiqləri
  • Hava limanları, avtobus terminalları proqramlar, tünel- metro stansiyaları daxili və xarici səth tətbiqlərində və s.