Antikorroziya Örtükləri Zavodu
Tətbiq sahəsi
Qərbi Avropa ölkələrinin təcrübəsinin tətbiqi regionda ən qabaqcıl və ekoloji cəhətdən təmiz Antikorroziya örtükləri zavodunun yaradılmasına zəmin yaratmışdır.
Qərbi Avropa ölkələrinin təcrübəsinin tətbiqi regionda ən qabaqcıl və ekoloji cəhətdən təmiz Antikorroziya örtükləri zavodunun yaradılmasına zəmin yaratmışdır. Bu müəssisə böyük həcmdə istehsal gücünə malikdir. Hazırda zavodda qaynar sinkləmə, təmizləmə və boya sexləri fəaliyyət göstərir.
Qaynar sinkləmə sexində Almaniyanın “Pilling”, “SCHEFFER”, “Stoeckl”, Avstriyanın “KOERNER”, “SCHEUCH” və Norveçin “C.H.Evensen” firmasının avadanlıqları quraşdırılmışdır. Müəssisənin illik istehsal gücü 20000 tondur. Burada avtomatik rejimdə ölçüləri 14,5x1,4x2,7 metrə qədər olan metal konstruksiyalar sinklənə bilər. Həmçinin əl rejimində uzunluğu 18 metrə qədər olan konstruksiyaların da sinklənməsi mümkündür.
Sink örtüyünün keyfiyyətinə nəzarət ГОСТ 9.307-89-a istinad edən sınaq metodları ilə aparılır. Sink vannasının metal tərkibi Stasionar Spektrometr BELEC LAB 3000s qurğusu ilə analiz edilir. Sinklənmiş materialların istismar müddəti 75-100 ildir. Sinklənmiş materiallar etibarlılıq və davamlılıq tələb edən sahələrdə geniş istifadə edilir.
Qaynar sinkləmə prosesində metal konstruksiyalar ərinmiş sinklə dolu (~450-452°C) vannaya salınır. Sinklənmiş materiallar EN ISO 1461:2009, ASTM A123 standartlarının tələblərinə cavab verir. Sinkləmə prosesində keyfiyyətli işin təmin edilməsi üçün yüksək keyfiyyətli (99.995%) sinkdən istifadə olunur.
Təmizləmə və boya sexində sifarişçinin tələblərindən asılı olaraq tikinti-quraşdırma, maşınqayırma və digər sahələrdə istifadə olunan müxtəlif mürəkkəb dərəcəli metal konstruksiyalar və onların hissələrinin antikorroziya və rənglənmə xidmətləri göstərilir. Sex iki sahədən ibarətdir: qumlama (səthin hazırlanması) və rənglənmə.
Qumlama sahəsində metaldan korroziya əsaslı elementlər, yağlar və yaxud digər çirklər SA 2 və SA 2.5 standartına uyğun səthin üzərindən təmizlənir. Rənglənmədən öncə bu proses edilməyibsə metal konstruksiyanın istifadə ömrü uzun olmur. Yaxşı hazırlanmış səth tipik təbəqəli rəng sisteminə 10 ildən artıq istifadə imkanı verir. Lakin eyni sistem, üzərində kiçik də olsa çirklənmə izləri olan döşəməyə tətbiq edildiyi zaman istifadə ömrü 4-6 il və bəzən bundan da az ola bilir. Qumlama prosesi metal qırıntılarıyla, quru qumla, su ilə, alovla, aşındırma yolu ilə, buxarla, əl ilə və ya mexaniki cihazlar vasitəsilə həyata keçirilir.
Boya sahəsində isə ənənəvi və yeni texnologiyaların tətbiqi ilə materiallar rənglənir.