Armatur

Müəssisədə metal qırıntılarından inşaat sektorunda geniş istifadə olunan Ø 12; 14; 16; 18; 20; 22; 25-lik armaturlar istehsal olunur.

Fəaliyyəti dövründə istehsal proseslərinin və məhsul keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir texnika və avadanlıqların tətbiqi müəssisənin əsas prioritetlərindən olmuşdur.

Metaləritmə zavodunda istehsal prosesi metal tədarükü sahəsindən başlayır. Əraziyə daxil olan qara metal müəyyən ölçülərlə doğranılır və tərəzidə çəkildikdən sonra poladəritmə sexinin şixtə sahəsinə verilir. Qara metal qırıntıları protexniki nəzarətdən keçirilərək seçilir, yeşiklərə yığılır və əritmə sahəsinə verilir. Əritmə sahəsində 7 induksion soba var. Bu sobaların 3-ü işçi rejimdə olur, 3-ü isə təmirə saxlanılır.

Metal əridildikdən sonra çalova süzülərək Fasiləsiz Polad Tökmə Qurğusuna (FPTQ) verilir və 120x120 mm-lik AT 400C; AT 500C; ГC 35C markalar üzrə polad pəstah istehsal olunur. Hazırlanan polad pəstahlar yayma sexinə metodiki qızdırıcı sobaya yığılır. 1250 C-yə qədər qızdırılan polad pəstahlar sobadan yayma xəttinə verilir və sifarişə əsasən armatur istehsal olunur.

Bu zavodun ГОСТ 34028-2016 standartına uyğun istehsal etdiyi yüksək keyfiyyətli məhsullar inşaat sektorunda geniş istifadə olunur.

Ümumi məlumat:

  • Metaləritmə zavodunda inşaat sektorunda istifadə üçün yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən armaturlar istehsal olunur.

İstehsal olunan armaturlar:

  • Diametri 12; 14; 16; 18; 20; 22; 25-lik

Markalar:

  • AT 400C; AT 500C; ГC 35C

Standart: ГОСТ 34028-2016

İstehsal olunan bütün məhsullar müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada sınaqdan keçirilir və standarta uyğunluğu yoxlanılır.

Armatur