Asma tavan

Tətbiq sahəsi

STP-nin Sendviç Panellər Zavodunda 600x600 ölçüdə asma tavanlar istehsal olunur. Asma tavan istehsalında qalınlığı 0.7mm olan 636x636 mm ölçülü alüminium yarımfabrikat istifadə olunur. Çinin ən müasir məhsuldar pres avadanlığı vasitəsilə saatda 120 ədəd asma tavan istehsal edə bilirik. Asma tavanlar binaların tavanlarını tez bir zamanda, göz oxşayan tərzdə üzlənməsi üçün istifadə olunur.

Tətbiq sahələri 

Asma tavanlar ən çox idarə və qurumların inzibati binalarında,  məktəb, xəstəxana kimi  qurumlarda istifadə olunur. STP asma tavanları bu günə kimi  Bakı Ağ Şəhər, Azərenerjinin stansiyalarının inzibati binalarında və STP-nin  inzibati binalarında quraşdırılmışdır.

 

Üstünlükləri

Asma tavanlar asan istehsalı olunur,  çəkisi yüngüldür, quraşdırılması asandır, istifadəsi uzunmüddətlidir.  Bu xüsusiyyətləri  asma tavanları analoji məhsullardan üstün edir.