BP-nin “Şahdəniz 2” layihəsi
BP-nin “Şahdəniz 2” layihəsi
Şahdəniz Mərhələ 2 layihəsi Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq.
- Kateqoriyalar: Platforma
- Yer: Yer
- Tikildiyi il: 2014
Şahdəniz Mərhələ 2 layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi Mərhələ 1-dən hasil olunan illik 10 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layihədir.
Şahdəniz qazı Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP), Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya isə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql ediləcək. Bu, hazırda dünyada ən iri layihələrdən biri və BP-nin ən iri layihəsidir.
Quruda tikinti meydançalarında və Terminalda həyata keçirilən işlərin böyük hissəsi, eləcə də boru kəmərinin və platformanın quraşdırılması işləri 2014-cü ildən başlayaraq 2017-ci ilin sonuna qədər davam edib.
“Sumqayıt Texnologiyalar Parkı” MMC BP-nin sifarişi əsasında “Şahdəniz 2” layihəsində metal konstruksiyaların sinklənməsi, müxtəlif flyans və fitinqlərin, xüsusi tipli kabellərin tamin edilmasi ilə yaxindan iştirak etmişdir.