Detalların dəqiq emalı

Tətbiq sahəsi

Sumqayıt Texnologiyalar Parkının Dəqiq Emal sexləri  istifadə sahəsindən asılı  olmayaraq  istənilən növ avadanlıq və onların detallarını istehsal edə bilir.  Sexlərdə  Yaponiyanın Mazak şirkətinin torna və dəzgahları quraşdırılıb. 

 

Torna avadanlıqlarımız Ø 51mm,  L=130mm kiçiklikdən, Ø 3500mm,  L=1800mm böyüklüyünə kimi ölçülərdə olan xammallarda torna əməliyyatlarını aparmaqa imkanları verir.

 

Frez avadanlıqlarımız isə 3750x10000mm, H=1750mm, 43000kq  həcmindən, 1380x750mm, H=600mm, 1200kq həcminə, həmçinin  Ø730, H=500mm, 500kq; Ø630mm, H=900mm, 400kq göstəricisi olan xammallarda frez əməliyyatlarını aparmaqa imkanı verir.