Elektrik Avadanlıqları Zavodu
Tətbiq sahəsi
Sumqayıt Texnologiyalar Parkının tərkibində ən böyük və müasir müəssisələrdən biri olan Elektrik Avadanlıqları Zavodu (EAZ) 2010-cu ildən etibarən tam gücü ilə fəaliyyət göstərir.
Sumqayıt Texnologiyalar Parkının tərkibində ən böyük və müasir müəssisələrdən biri olan Elektrik Avadanlıqları Zavodu (EAZ) 2010-cu ildən etibarən tam gücü ilə fəaliyyət göstərir. Burada innovativ texnologiyaların tətbiqi ilə Avropa standartlarına uyğun və müasir tələblərə cavab verən məhsullar istehsal olunur. İstehsal prosesi Almaniya və Finlandiyada istehsal olunmuş və proqramlaşdırılmış kompüter sistemi ilə idarə olunan dəzgah və avadanlıqlarda icra olunur.
Elektrik Avadanlıqları zavodunun tərkibində fəaliyyət göstərən Ventilyasiya Boruları və Günəş Kollektorları istehsalı sahəsi ölkədə bənzəri olmayan və diametri 100-1250 mm olan aliminium, sinklənmiş poladdan ibarət, dairəvi və düzbucaqlı en kəsiyə malik ventilyasi boruları və onun aksessuarları, SPS və SPL tipli 1 saatda 100-350 litr suyu hava şəraitindən asılı olaraq 40-95 dərəcəyədək qızdırma gücünə malik günəş kollektorları istehsal oluna bilir.
EAZ-da həmçinin müasir tipli yeni ödəniş terminalları (daxildə və xaricdə quraşdırılan) lahiyələndirilmiş və onların istehsalına başlanılmışdır. Bu tip ödəniş terminalları Azərbaycanda yalnız Sumqayıt Texnologiyalar Parkı Elektrik Avadanlıqları Zavodunda istehsal edilir.
Elektrik Avadanlıqları Zavodunda "Schneider Electric” şirkətinin lisenziyası əsasında NEX 17.5, SM6-24, SM 6-36 seriaylı modul tipli yuvalar istehsal edilir. Həmin şirkətin lisenziyası ilə istehsal edilən məhsulların Azərbaycan və MDB məkanında analoqu yoxdur.
İstehsal olunan hazır məhsulların yekun testləri ABŞ istehsalı olan sınaq laboratoriyasında həyata keçirilir. EAZ məhsulları dünya standartlarına tam cavab verir. Belə ki, müəsisədə İSO 9001:2008, OHSAS 18001:2007, Schneider Electric Certificate, Rusiya və MDB ölkələrində tələb edilən ГОСТ standartları mövcuddur.