Elektrik yuvaları
Elektrik Avadanlıqları Zavodunda "Schneider Electric” şirkətinin lisenziyası əsasında NEX 17.5, SM6-24, SM 6-36 seriaylı modul tipli yuvalar istehsal edilir. Həmin şirkətin lisenziyası ilə istehsal edilən məhsulların Azərbaycan və MDB məkanında analoqu yoxdur.
EAZ məhsulları dünya standartlarına tam cavab verir. Belə ki, müəsisədə İSO 9001:2008, OHSAS 18001:2007, Schneider Electric Certificate, Rusiya və MDB ölkələrində tələb edilən ГОСТ standartları mövcuddur.
Məhsullar:
- SM 6-36
- SM6-36 seriyalı 36 kV
- SM6-24
- NEX 17.5
- Panellər
- Müxtəlif tipli dolablar
SM6-36 SERİYALI MODUL TİPLİ YUVALAR
- ГOCT 12.2.007.4, ГOCT 14694, ГOCT 12.2007.0, ГOCT 14693
- МЭK (IEC) 606946, 62271-200, 60265-1, 62271-100, 62271-102
- UTE NFC 13.100, NFC 13.200, NFC 64.130, NFC 64.130
Elektrik Avadanlıqları zavodunda 2013-ci ildən etibarən “SCHNEIDER ELECTRIC” firmasının lisenziyası əsasında SM6-36 tipli paylayıcı yuvalar istehsal olunur.
SM6-36 avadanlıqları eleqaz ilə doldurulmuş metal gövdədə yerləşdirilmiş modul tipli yuvalardır.
SM6-36 tipli yuvalar orta gərginlikli paylayıcı şəbəkələrdə (PŞ) və paylayıcı transformator yarımstansiyalarında (PTY) quraşdırılaraq elektrik enerjisinin paylanmasında mühüm rol oynayır.
SM6-36 tipli yuvalar texniki göstəricilərlə yanaşı, insanların və avadanlıqların təhlükəsizliyi baxımından da bütün tələblərə cavab verir. Quraşdırılma, istismarı çox asan və sadədir.
SM6-36 tipli paylayıcı yuvaların aşağıdakı yuva tipləri vardır:
- IM, IMC - Yük ayırıcı yuva
- QM - Qoruyucu ilə kombinasiya edilmiş yük ayırıcı yuva
- DM1-A, DM1-D - Bir ayırıcı açarlı yuva
- DM2 - 2 ayırıcı və 1 açarlı yuva
- CM, CM2 - Gərginlik transformatorlu ölçü yuvası
- SM- Ayırıcı yuva
SM6-36 tipli yuvaların əsas texniki göstəriciləri aşağıdakı kimidir:
Nominal açma gərginliyi | |
Nominal gərginlik, kV Unom | 36 |
Maksimal işçi gərginlik, kV Umax | 38,5 |
İzolyasiya dərəcəsi | ||
Nominal sənaye gərginliyinə dayanıqlıq, 50 Hs/1 dəq, (kV) | 70 | 80 |
Nominal gərginlik, 1,2/50 mks, kV | 170 | 195 |
Açma cərəyanı | |
Yüksüz kabel, A | 50 |
Termiki dayanıqlıq cərəyanı (kA/1san) | Nominal qoşma cərəyanı, A | |
12,5 | 630 | 1250 |
16 | 630 | 1250 |
20 | 630 | 1250 |
25 | - | 1250 |
Elektrodinamik dayanıqlıq cərəyanı (kA) |
31,5 |
40 |
50 |
62,5 |
SM6-36 SERİYALI 36 kV MODUL TİPLİ YUVALAR
SM6-36 tipli yuvalar daxildə quraşdırılma üçün nəzərdə tutulub.
Onlar aşağıdakı ölçülərə malikdir:
- Eni 750-1000 mm;
- Hündürlüyü - 2250 mm;
- Dərinliyi - 1400 mm.
Bu ölçülər yuvaların kiçik ölçülü tikililərdə və yaxud transformatorların yaxınlığında quraşdırılmasını sadələşdirir. Kabellərin birləşdirilməsi yuvaların ön hissəsindən həyata keçirilir. Bütün idarəetmə sistemləri ön paneldə yerləşməklə istismarı sadələşdirir. Yuvalarda əlavə olaraq sifarişə əsasən məhdudlaşdırıcılar və sıfır ardıcıllıqlı cərəyan transformatoru quraşdırılır.
- SM6-24 SERİYALI 10 (6) KV MODUL TİPLİ YUVALAR
- ГOCT 12.2.007.4, TOCT 14694, TOCT 12.2007.0, TOCT 14693
- M3K (IEC) 606946, 62271-200, 60265-1, 62271-100, 62271-102
- UTE NFC 13.100, NFC 13.200, NFC 64.130, NFC 64.130
Elektrik Avadanlıqları zavodunda 2011-ci ildən etibarən "SCHNEIDER ELECTRIC” firmasının lisenziyası əsasında SM6-24 tipli paylayıcı yuvalar istehsal olunur.
SM6-24 tipli yuvalar 10(6) kV-luq paylayıcı şəbəkələrdə (PŞ) və paylayıcı transforma¬tor yarımstansiyalarında (PTY) quraşdırılaraq təşkilatların və ya özəl kompaniyaların, abonentlərin elektrik təchizatında istifadə olunur.
SM6-24 tipli yuvalar texniki göstəricilərlə yanaşı, insanların və avadanlıqların təhlükəsizliyi baxımından da bütün tələblərə cavab verir. Quraşdırılma, istismarı asan və sadədir.
SM6-24 tipli yuvalar gövdəsi sinklənmiş metaldan ibarət olmaqla:
- Yük açarı ilə;
- Vakuum və eleqaz açarı ilə;
- Kontaktor ilə;
- Ayırıcı ilə dəstləşdirilir.
SM6-24 tipli yuvaların əsas texniki göstəriciləri aşağıdakı kimidir:
Nominal açma gərginliyi | ||||
Nominal gərginlik, kV Unom | 6 | 10 | 17,5 | 24 |
Maksimal işçi gərginlik, kV Umax | 7,2 | 12 | - | - |
İzolyasiya dərəcəsi | ||||
Nominal sənaye gərginliyinə dayanıqlıq, 50 Hs/1 dəq, (kV) | 20 | 28 | 38 | 50 |
Nominal gərginlik, 1,2/50 mks, kV | 60 | 75 | 95 | 125 |
Açma cərəyanı | |||
Nominal cərəyan, A | 400 | 630 | 1250 |
Yüksüz transformator, A | 16 | ||
Yüksüz kabel, A | 31,5 |
Termiki dayanıqlıq cərəyanı (kA/1san) | |
25 | 630-1250 A |
20 | 630-1250 A |
16 | 630-1250 A |
12 | 630-1250 A |
Termiki dayanıqlıq cərəyanı (kA/1san) | |
630 A | 62,5 |
630 A | 50 |
630 A | 40 |
400-630 A | 31,5 |
NEX 17,5 SERİYALI 10 (6) kV MODUL TİPLİ YUVALAR
- ГOCT 12.2.007.4, ГOCT 14694, ГOCT 12.2007.0, ГOCT 14693
- МЭК (IEC) 606946, 62271-200, 60265-1, 62271-100, 62271-102
- UTE NFC 13.100, NFC 13.200, NFC 64.130, NFC 64.130
Elektrik Avadanlıqları zavodunda 2011-ci ildən etibarən “SCHNEIDER ELECTRIC” firmasının lisenziyası əsasında NEX-17,5 seriyalı paylayıcı yuvalar istehsal olunur.
NEX 17,5 tipli yuvalar 10(6) kV-luq PŞ və PTY-də quraşdırılaraq təşkilatların və ya özəl kompaniyaların, abonentlərin elektrik təchizatında istifadə olunur.
NEX 17,5 tipli yuvalar texniki göstəricilərlə yanaşı, insanların və avadanlıqların təhlükəsizliyi baxımından da bütün tələblərə cavab verir. Quraşdırılma, istismarı çox asan və sadədir.
NEX 17,5 tipli yuvaların gövdəsi sinklənmiş metaldan ibarət olur və çəkməcəli EVOLİS 12 kV tipli vakuum açarı ilə dəstləşdirilir.
NEX 17,5 tipli yuvalar 4 bölmədən ibarətdir. Hər bir bölmə bir-birindən metal arakəsmələr vasitəsilə ayrılmışdır.
NEX 17,5 tipli paylayıcı yuvaların texniki göstəriciləri aşağıdakı kimidir:
Nominal açma gərginliyi | |||
Nominal gərginlik, kV, Unom | 6 | 10 | 17,5 |
Maksimal işçi gərginlik, kV Umax | 7,2 | 12 |
İzolyasiya dərəcəsi | ||||
Nominal sənaye gərginliyinə dayanıqlıq, 50 Hs/1 dəq, (kV) | 20 | 28 | 38 | 50 |
Nominal impuls gərginliyi, 1,2/50 mks, kV | 60 | 75 | 95 | 125 |
Açma qabiliyyəti | ||||
Açma qabiliyyəti | 400 | 630 | 1250 | 2500 |
Termiki dayanıqlıq cərəyanı (kA/1san) | ||||
25; 31,5 | ||||
31,5 |
Elektrodinamik dayanıqlıq cərəyanı (kA) | ||||
62,5 | ||||
75 |
ALÇAQ GƏRGİNLİK ÜÇÜN ELEKTRİK DOLABLARI
AGED, TŞ AZ 1167890-016-2011
Elektrik Avadanlıqları zavodunda elektrik enerjisinin qəbulu, paylanması, artıq yüklənmələrdən və qısa qapanma cərəyanından mühafizə üçün xidmət edən, neytralı torpaqlanmış, 380/220 V gərginlikli, 50 Hs tezlikli, dəyişən cərəyanlı alçaq gərginlik üçün elektrik dolablarının (AGED) istehsalı geniş şəkildə həyata keçirilir.
Zavodda istehsal olunan alçaq gərginlik üçün elektrik dolabları Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqlədiyi Texniki şərtlər əsasında istehsal olunur.
Zavodda istehsal olunan alçaq gərginlik üçün elektrik dolablarının tipləri aşağıda göstərilmişdir:
AGED dolablarının tipi | Hündürlük, mm | En, mm | Dərinlik |
AGED-1 | 2000 | 800 | 700 |
AGED-2 | 2000 | 800 | 700 |
AGED-3 | 1400 | 600 | 400 |
1000 | |||
AGED-4 | 400 | 300 | 150 200 |
500 | 400 | ||
600 | 500 | ||
740 | 585 | ||
830 | 585 |
Texniki göstəricilər | |
Nominal gərginlik, kV | 0,4 |
Tezlik, Hs. | 50 |
Gedən xətlərin sayı | 1; 2; 4; 6 |
Gedən xətlərin nominal cərəyanı, A | 100; 250; 400; 630; 1000; 1600; 2000; 2500 |
Giriş dolablarının nominal cərəyanı, A | 400; 630; 1000; 1600; 2000; 2500; 3200; 4000 |
Elektrodinamik dayanıqlıq cərəyanı, kA | 30; 50; 62,5; 75 |
Prizma PraqmaTipli 0,4 kV Dolablar (SCHNEİDER ELECTRİC)
14 BLL 11
14BMG03
Giriş paylayıcı tipli dolab
PQS-3
İL-5
QİL
GL-3