Elektrotexniki alüminium çubuqlar
Tətbiq sahəsi
Fasiləsiz tökmə və yayma üsulu ilə istehsal olunan alüminium çubuqlar elektrotexniki məqsədlər üçün istifadə olunur. Kabel texnologiyasında alüminiumdan istifadə kifayət qədər yüksək elektrik keçiriciliyinə malik kabellərin istehsalına şərait yaradir.
Alüminium çubuqların əsas göstəriciləri
Alüminium çubuqların nominal diametri, mm | Xəta həddi, mm | 20°C temperaturda xüsusi müqavimətlilik, Om•mm2/m (çox olmamalı) |
9.5 | ± 0.3 | 0,0280 |
STP-nin Kabel zavodunda elektrotexniki alüminium çubuqların başqa növləri də istehsal olunur (ø12.0, ø15.0).