İstehsalat göstəriciləri artıb

İstehsalat göstəriciləri artıb

STP Şirkətlər Qrupuna daxil  “STP Polymer” şirkəti 2024-cü ilin birinci rübü ərzində bir sıra göstəricilər üzrə müsbət nəticələr əldə edib. Belə ki, 2023-ci ilin analoji periodu ilə müqayisədə ümumi satış 1.4 dəfə, ixracat həcmi 17 dəfə, istehsal isə 3 dəfəyə qədər artıb. Həmçinin sözügedən period üzrə şirkətin daxili bazar üzrə satışları da 1.2 dəfə artıb.

“STP Polymer” şirkətinin ən çox satılan məhsulu polietilen və polipropilen xammalından hazırlanan təzyiqli su, qaz və kanalizasiya borularıdır. Ümumilikdə hər iki məhsulun satışı 2 dəfəyə qədər artıb.

Məlumat üçün qeyd edək ki, “STP Polymer” şirkəti Sumqayıt Texnologiyalar Parkında ərazisinə görə ikinci ən böyük müəssisədir. Müxtəlif polimer borularının istehsalı üzrə ixtisaslaşan şirkət regionda polimer məmulatlarını hazırlayan ən iri sənaye müəssisələrindən biridir. Bundan əlavə şirkətdə polimer fitinqlər, sarınmış və polimer kompozit borular, su və kanalizasiya boruları, meyvə tərəvəz yeşikləri, polietilen örtüklər, stadionların inşasında istifadə olunan plastik oturacaqlar, mikromobillik zolaqları istehsalı sahələri fəaliyyət göstərir.

İstehsal prosesində Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir avadanlıqlar istifadə olunur. Bütün hazır məhsullar Danimarkadan gətirilmiş laboratoriyalarda sınaqdan keçirilir. Bizim laboratoriyalar ISO 9001:2008 və ISO 17025:2008 standartlarına uyğun akkreditə olunub. Əlavə olaraq Rusiya ərazisinə satışların edilməsi üçün “TUV Avstrya” tərəfindən verilən keyfiyyət sertifikatı da mövcuddur. Şirkətin ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az)  və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.