Kabel Kanalları
Bu kanallar kabelləri mexaniki ziyan və ətraf mühit təsirlərindən qoruyur. Perforasiya edilmiş və perforasiya edilməmiş kabel kanalları müxtəlif aksesuarlarla (döngə, birləşdirici, keçid, T parçası, dördtərəfli keçid) təmin olunur və müxtəlif endə, hündürlük və qalınlığda olur.
Nərdivan tipli kanal iki yan profildən və onların birləşdirən dayaqlardan ibarətdir (məhsulun modifikasiyasından asılı olaraq dayaqlar arası məsafə də fərqli ola bilər). Çox sayda kabellər və ya ağır kabellərin çəkilməsi üçün istifadə olunan ən davamlı konstruksiyadır. Nərdivan tipli kabel kanallının konstruksiyası kabelin yaxşı havalandırılmasıni təmin edir.
Uzun xidmət müddəti və hər hansı bir mürəkkəb texniki xidmətə ehtiyacı olmayan bu kabel kanalları, korroziyaya, atmosferə və digər təsirlərə qarşı dayanıqlıdır. Sinklənmiş poladdan hazırlanmış kanallar qapalı sahədə, qaynar sinklənmiş kabel kanalları açıq sahədə və paslanmaz poladdan hazırlanmış kanallar isə aqressiv sahədə istifadə edilir.
Hazırlanan kabel kanalları BS EN 61537:2002, IEC 61537:2001 və ГОСТ � 52868-2007 standartlarına cavab verir.