KEYFIYYƏT

KEYFİYYƏT ÜZRƏ SİYASƏT

“Sumqayıt Texnologiyalar Parkı’’ (STP) MMC-nin rəhbərliyi Keyfiyyət İdarəetmə Sistemində (KİS) nəzərdə tutulan məqsədlərin əldə edilməsinin əhəmiyyətli elementini təşkil edən aşağıdakı keyfiyyət üzrə siyasətini tərtib və təsdiq etmişdir.

Keyfiyyət, tətbiq olunan bütün müvafiq tələblərə uyğunluq və müştəri məmnunluğu əməliyyatlarımızın hər bir mərhələsində bütün səylərimizin əsasını təşkil edir.

STP müştərilərin tələblərinin qarşılanması təəhhüdlərinə sadiq olaraq aşağıdakı şərtlərə əməl etməklə yüksək keyfiyyətli məhsul istehsalı və xidmətlərin göstərilməsini təmin edir:

  • • Müştərinin təqdim edilən məhsul/xidmətlərin keyfiyyəti və istismar xüsusiyyətləri ilə bağlı tələb və gözləntilərinin daimi qarşılanması və üstələnməsi;
  • • Müştərinin, eləcə də qanuni və normativ tələblərin təmin edilməsi üçün qüsursuz məhsul/xidmətlərin vaxtlı-vaxtında təqdim edilməsi;
  • • Ölçülə bilən məqsədlərə əsaslanmaqla müəssisənin təqdim etdiyi məhsul və xidmətlərin, proseslərin keyfiyyətinin və KİS effektivliyinin davamlı qaydada yaxşılaşdırılması;
  • • Müştərilərə daha yüksək səviyyədə xidmət göstərilməsi üçün işçi heyətinin lazımi qaydada təlimləndirildiyinin təmin edilməsi.

Keyfiyyət üzrə siyasətimiz STP-in məqsəd və məzmununa uyğunlaşdırılıb və keyfiyyət ilə bağlı məqsədlərin müəyyən edilməsi üçün strateji istiqamətlər və fəaliyyət çərçivəsinin əsaslarını müəyyən edir.

Müştəri məmnunluğunun ölçülməsi, uyğunsuzluqların azaldılması və keyfiyyət üzrə hədəflərə nail olunması müəssisəmiz üçün yüksək əhəmiyyət kəsb etdiyi müəyyən edilmiş əsas ölçülə bilən məqsədlərimizdəndir.

Biz zəmanət veririk ki, bizim keyfiyyət üzrə siyasətimiz ixtisaslaşmış təlimlər, müntəzəm ünsiyyət və təmaslar vasitəsilə müəssisəmizin bütün daxili strukturları səviyyəsində tətbiq və mübadilə edilir, onun daimiliyi və anlaşılması təmin edilir.

Keyfiyyət üzrə siyasətimiz effektivliyinin davamlılığı baxımından idarə heyətinin təhlil iclaslarında nəzərdən keçirilir.

Keyfiyyət üzrə siyasətimiz təsdiq edildikdən sonra əlaqəli tərəflərin nəzərinə təqdim edilir, müəssisənin veb saytında yerləşdirilir və həm STP-nin istehsalat sahələri, həm də onun bütün işçi heyəti üçün əlçatanlığı təmin edilir.