Layihələndirmə

Tətbiq sahəsi

Layihə konstruktor və texnoloji bölmə tamamilə maşınqayırma üzrə ən çətin problemləri həll edə biləcək sertifikatlı mütəxəssislərdən ibarətdir. Mütəxəssislər Böyük Britaniya, Almaniya, Türkiyə,Yaponiya kimi sənaye ölkələrində CNC texnologiyalarının incəliklərini öyrəniblər.

Layihələrin hazırlanması ən son versiyalı CAD sistemlərində 3D parametrik modelləşdirmə vasitəsi ilə həyata keçirilir. Mexanizmin modelinin funksional imitasiyası zamanı kritik nöqtələrin analizi aparılır və konstruksiyanın zəif nöqtələri təsbit edilərək düzəldilir. Daha sonra emal texnologiyasının hazırlanması zamanı CAM proqramlar vasitəsi ilə simulyasiyada ən optimal və keyfiyyətli emal metodu seçilir.

Sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı alətlərinin və maşın-mexanizmlərinin, cihaz və qurğuların istifadəsini nəzərdə tutan digər sahələrdə geniş istifadə olunur.