Metal konstruksiya
Sumqayıt Texnologiyalar Parkı, kənd təsərrüfatı sektorunun heyvandarlıq sahəsində fermaların, siloların, yem ürütmə fabriklərinin, müxtəlif sexlərin, əkinçilik sahəsində müxtəlif tipdə istixalanarın, qazanxanaların, anbarların, bağçılıq sahəsində istənilən bağların, üzümçülük sahələrinin metal konstruksiyalarının hazırlanmasını və quraşdırılmasını həyata keçirir. Bunun üçün şirkət illik gücü 120 000 min polad istehsalına malik metal konstruksiyalar hazırlayan müəssisəyə sahibdir. Zavodlar kompleksində müxtəlif konstruksiyaların quraşdırılması, hazırlanması ilə yanaşı, boyanması və ya qaynar sinklənməsi prosesi də həyata keçirilir.
STP-nin metal konstruksiyalar hazırlayan zavodlarında Avropanın, Yaponiyanın, Çinin ən müasir avadanlıqları quraşdırılıb. Bu dəzgahların aşağıda qeyd olunun xüsusi xarakteriztikaları vardır:
- Müasir “CNC” əymə dəzgahlarında xüsusi tərtibatlardan istifadə etmədən, uzunluğu 12 metrə, qalınlığı 20 mm-ə qədər olan polad vərəqələrin müxtəlif bucaqlar altında əyilməsi mümkündür;
- Müasir “CNC” bükmə dəzgahlarında polad vərəqələr olmaqla uzunluğu 6000 mm, qalınlığı 22 mm, diametri 5000 mm-ə qədər olan boruları, uzunluğu 3000 mm, qalınlığı 20 mm-ə qədər olan boru və konus hissələri, uzunluğu 4000 mm, qalınlığı 80 mm, diametri 800 mm–dən böyük olan boruları, uzunluğu 4000 mm, qalınlığı 100 mm, diametri 2000 mm-dən böyük olan boruları bükmək mümkündür;
- Neft və qaz sənayesində istifadə olunan, maksimum diametri 533 mm, uzunluğu 12000 mm olan boruların emalı üçün nəzərdə tutulan yarım avtomat (NC) boru kəsən və yiv açan torna dəzgahları;
- Sexdə dəqiq detalların həm torna, həm də frez işləri ilə eyni dəzgahda bir quraşdırma üsulu ilə hazırlanması üçün çox funksiyalı tam avtomat (CNC) torna frez dəzgahları;
- “Fanuc” idarə sistemli tam avtomat (CNC), şaquli, 3 oxlu emal mərkəzləri;
- Müxtəlif tipli mürəkkəb silindr və gövdə detalların emalı üçün nəzərdə tutulmuş tam avtomat (CNC) şaquli torna dəzgahı;
- “Fanuc” idarə sistemli tam avtomat (CNC) çox funksiyalı şaquli torna dəzgahı;
- NC tipli yarımavtomat dairəvi, üfüqi və daxili cilalayıcı dəzgah;
- Qalınlığı 10 ÷ 60 mm, eni 2500 mm olan polad vərəqələrin düzəldilməsi üçün rixtovka dəzgahı.