Metal konstruksiyaların hazırlanması
STP-nin metal konstruksiyalar hazırlayan zavodlarında Avropanın, Yaponiyanın, Çinin ən müasir avadanlıqları quraşdırılıb. Bu dəzgahların aşağıda qeyd olunun xüsusi xarakteriztikaları vardır:
- Müasir “CNC” əymə dəzgahlarında xüsusi tərtibatlardan istifadə etmədən, uzunluğu 12 metrə, qalınlığı 20 mm-ə qədər olan polad vərəqələrin müxtəlif bucaqlar altında əyilməsi mümkündür;
- Müasir “CNC” bükmə dəzgahlarında polad vərəqələr olmaqla uzunluğu 6000 mm, qalınlığı 22 mm, diametri 5000 mm-ə qədər olan boruları, uzunluğu 3000 mm, qalınlığı 20 mm-ə qədər olan boru və konus hissələri, uzunluğu 4000 mm, qalınlığı 80 mm, diametri 800 mm–dən böyük olan boruları, uzunluğu 4000 mm, qalınlığı 100 mm, diametri 2000 mm-dən böyük olan boruları bükmək mümkündür;
- Neft və qaz sənayesində istifadə olunan, maksimum diametri 533 mm, uzunluğu 12000 mm olan boruların emalı üçün nəzərdə tutulan yarım avtomat (NC) boru kəsən və yiv açan torna dəzgahları;
- Sexdə dəqiq detalların həm torna, həm də frez işləri ilə eyni dəzgahda bir quraşdırma üsulu ilə hazırlanması üçün çox funksiyalı tam avtomat (CNC) torna frez dəzgahları;
- “Fanuc” idarə sistemli tam avtomat (CNC), şaquli, 3 oxlu emal mərkəzləri;
- Müxtəlif tipli mürəkkəb silindr və gövdə detalların emalı üçün nəzərdə tutulmuş tam avtomat (CNC) şaquli torna dəzgahı;
- “Fanuc” idarə sistemli tam avtomat (CNC) çox funksiyalı şaquli torna dəzgahı;
- NC tipli yarımavtomat dairəvi, üfüqi və daxili cilalayıcı dəzgah;
- Qalınlığı 10 ÷ 60 mm, eni 2500 mm olan polad vərəqələrin düzəldilməsi üçün rixtovka dəzgahı.