N2XS(F)2Yy

Tətbiq sahəsi

Standart: TŞ AZ 2002283071.008 (İEC 60840) Rus analoqu: ПвПyг Torpağın və suyun korroziya aktivliyinin dərəcəsindən asılı olmayaraq torpaqda, xəndəkdə stasionar quraşdırılma üçün istifadə olunur. Kabel nəm keçirməyə qarşı hermetikləşdirilib, ona görədə qaydalara riaət etməklə bu kabelləri yüksək nəmli torpaqda, qismən su dolmuş yerlərdə mexaniki zədələrdən qorunmaq şərti ilə istismar etmək olar. Bu marka kabellərin kabel xətlərində (bu şərtlə ki, yanğına qarşı mühafizə şərtlərinə cavab verən örtükdən istifadə olunsun) istifadəsi mümkündür. Bu markalı kabellərin mürəkkəb quruluşlu kabel yollarında quraşdırılmasına icazə verilir.Kabellər səviyyələr fərqinin məhdudiyyəti olmadan quraşdırılma imkanına malikdirlər.

Tikilmiş polietilen (XLPE) izolyasiyalı, subloklayıcı yarımkeçirici lentli, qalınlaşdırılmış polietilen (PE) örtüklü, mis keçiricili yüksək gərginlik kabeli


Konstruksiya:

1. Cərəyan keçirən damar - çoxməftilli dairəvi kipləşdirilmiş mis məftillər, IEC 60228 - ə əsasən 2-ci sinif

  • Çoxməftilli kipləşdirilmiş dairəvi formalı damarın en kəsik sahəsi 185÷800mm²
  • Çoxməftilli kipləşdirilmiş 5 ədəd sektordan təşkil olunmuş dairəvi formalı damarın en kəsik sahəsi 1000÷1600mm2

2. Damarüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
3. İzolyasiya- tikilmiş polietilen (2X)
4. İzolyasiyaüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
5. Ayırıcı təbəqə- su bloklayıcı yarımkeçirici lent
6. Ekran- mis lent ilə bağlanmış mis məftillər (S)

Damarın en kəsik sahəsi 185-800 mm2 olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 35 mm2
Damarın en kəsik sahəsi 1000 mm2 və daha çox olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 50 mm2

Ekranın en kəsik sahəsinin maksimum həddi sifarişçinin tələbinə əsasən hazırlana bilər.

7. Ayırıcı təbəqə- su bloklayıcı yarımkeçirici lent (F)
8. Xarici mühafizə örtüyü- qalınlaşdırılmış polietilen (2Yy)

Texniki xarakteristika:

  • Damarın işçi temperaturu / +900C
  • Qəza zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +1300C
  • Qısaqapanma zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +2500С
  • Qısaqapanma müddəti (çox olmayaraq) / 5 san
  • Kabelin quraşdırılma temperaturu (az olmayaraq) / -150С
  • Ətraf mühitin temperaturu / -60 / +500C
  • Kabelin minimal əyilmə radiusu / 15xD (D- kabelin xarici diametri)