N2XY-LS FE 180
Tətbiq sahəsi
N2XY-LS FE 180 markalı kabel, yanğın təhlükəsi zamanı (yanğın siqnalizasiya dövrələrini, yanğınsöndürən nasosların enerji təchizatını, təxliyyə və ehtiyat çıxışların işıqlandırılmasını, təxliyyə liftlərini, hava ventilyasiyasını, partlayış təhlükəsi olan yerləri, xəstəxanaların əməliyyat otaqlarını elektrik enerjisi ilə təchiz etmək üçün) enerjinin paylanması və ötürülməsi üçün istifadə olunur.
N2XY-LS FE 180 markalı kabel, yanğın təhlükəsi zamanı (yanğın siqnalizasiya dövrələrini, yanğınsöndürən nasosların enerji təchizatını, təxliyyə və ehtiyat çıxışların işıqlandırılmasını, təxliyyə liftlərini, hava ventilyasiyasını, partlayış təhlükəsi olan yerləri, xəstəxanaların əməliyyat otaqlarını elektrik enerjisi ilə təchiz etmək üçün) enerjinin paylanması və ötürülməsi üçün istifadə olunur. Əhalinin çoxluq təşkil etdiyi yerləri və yaşayış binalarını, həmçinin mikroprosesli texnika və kompüterləşmiş obyektlərə enerji paylanışını və ötürülməsini təmin edir.
KONSTRUKSİYA
- Cərəyan keçirən damar
- Slyudalentdən hazırlanmış termiki maneə
- XLPE izolyasiya
- Zəif tüstü emissiyası və qaz ayrılmasına malik olan damarlararası dolğu
- Şüşə tərkibli lentdən hazırlanmış termiki maneə
- PVC zəif tüstü emissiyası və qaz ayrılmasına malik olan örtük
Kabelin xassələri
Cərəyan keçirən damarın en kəsik sahəsi, mm2 | Cərəyan keçirən damarların sayı və en kəsik sahəsi ədəd x mm2 | Qeyd |
1.5 ÷ 10 RE | 2, 3, 4, 5 x 16-240 | Mis məftilli, izolyasiyası XLPE və yaxud alovu yaymayan, oda davamlı olan halogensiz, örtüyü alovu yaymayan, oda davamlı olan halogensiz güc kabeli |
STP Kabel zavodunda digər ölçülərdə də alçaq gərginlikli güc kabelləri istehsal edilir.
TEXNİKİ PARAMETRLƏR
- Açıq alova qarşı dayanıqlılıq müddəti: 90÷180 dəqiqə qədər
- Alovun maksimal temperaturu: 1000°C
- Nominal işçi gərginliyi -0,66;1,0; 3,0 kV
- Kabeli təşkil edən cərəyan keçirən damarların sayı çox olduqda en kəsik sahəsi 400mm2 - dan çox olmamalıdır.
- İşçi gərginliyi 0,66kV olduqda, cərəyan keçirən damarların en kəsik sahəsi 50mm2 - dan çox olmamalıdır
- Kabelin istismar temperaturu: -50°C +50°C
- Havanın nisbi rütubəti: 98%
- İstismar müddəti: 25 il