NA2XS(FL)2Y

Tətbiq sahəsi

Standart: TŞ AZ 2002283071.008 (İEC 60840) Rus analoqu: AПвП2г Bu kabellər su nəqliyyat vasitələrinin hərəkətinin olmadığı sularda və korroziya aktivliyinin dərəcəsindən asılı olmayaraq torpaqda (xəndək vəya beton kanallarda) mexaniki təsirlərdən qorunmaq şərtilə istifadə olunur.

Tikilmiş polietilen (XLPE) izolyasiyalı, subloklayıcı yarımkeçirici və alüminopolimer lentli, polietilen (PE) örtüklü, alüminium keçiricili yüksək gərginlik kabeli


Konstruksiya:

1. Cərəyan keçirən damar - çoxməftilli dairəvi kipləşdirilmiş alüminium (A) məftillər, IEC 60228 - ə əsasən 2-ci sinif

  • Çoxməftilli kipləşdirilmiş dairəvi formalı damarın en kəsik sahəsi 185÷1000mm²
  • Çoxməftilli kipləşdirilmiş 5 ədəd sektordan təşkil olunmuş dairəvi formalı damarın en kəsik sahəsi 1000÷1600mm2

2. Damarüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
3. İzolyasiya- tikilmiş polietilen (2X)
4. İzolyasiyaüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
5. Ayırıcı təbəqə- su bloklayıcı yarımkeçirici lent
6. Ekran- mis lent ilə bağlanmış mis məftillər (S)

Damarın en kəsik sahəsi 185-800 mm2 olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 35 mm2
Damarın en kəsik sahəsi 1000 mm2 və daha çox olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 50 mm2

Ekranın en kəsik sahəsinin maksimum həddi sifarişçinin tələbinə əsasən hazırlana bilər.

7. Ayırıcı təbəqə- su bloklayıcı yarımkeçirici lent
8. Nəm əleyhinə lent- alüminopolimer lent
9. Xarici mühafizə örtüyü- polietilen (2Y)

Texniki xarakteristika:

  • Damarın işçi temperaturu / +900C
  • Qəza zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +1300C
  • Qısaqapanma zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +2500С
  • Qısaqapanma müddəti (çox olmayaraq) / 5 san
  • Kabelin quraşdırılma temperaturu (az olmayaraq) / -150С
  • Ətraf mühitin temperaturu / -60 / +500C
  • Kabelin minimal əyilmə radiusu / 15xD (D- kabelin xarici diametri)