NA2XSEB2Yy
Tətbiq sahəsi
Standart: AZS 418-2010 (TS İEC 60502-2), TSE K 204 Rus analoqu: AПвБПy Torpağın və suyun korroziya aktivliyinin dərəcəsindən asılı olmayaraq torpaqda, xəndəkdə stasionar quraşdırılma üçün istifadə olunur. Günəş şüalarının radiasiyasından qorunmadan açıq havada, həmçinin kabel xətlərində (bu şərtlə ki, yanğına qarşı mühafizə şərtlərinə cavab verən örtükdən istifadə olunsun) istifadəsi mümkündür. Kabellər səviyyələr fərqinin məhdudiyyəti olmadan quraşdırılma imkanına malikdirlər. Bu markalı kabellərin mürəkkəb quruluşlu kabel yollarında quraşdırılmasına icazə verilir.
Tikilmiş polietilen (XLPE) izolyasiyalı, polad lent zirehli, qalınlaşdırılmış polietilen (PE) örtüklü, alüminium keçiricili üçdamarlı yüksək gərginlik kabeli
Konstruksiya:
1. Cərəyan keçirən damar - çoxməftilli dairəvi kipləşdirilmiş alüminium (A) məftillər, IEC 60228 - ə əsasən 2-ci sinif
- Çoxməftilli kipləşdirilmiş dairəvi formalı damarın en kəsik sahəsi 25÷240mm²
2. Damarüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
3. İzolyasiya- tikilmiş polietilen (2X)
4. İzolyasiyaüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
5. Ayırıcı təbəqə- su bloklayıcı yarımkeçirici lent
6. Ekran-hər birinin üzəri mis məftil və mis lent ilə ekranlanmış damarlar (SE)
Damarın en kəsik sahəsi 25-120 mm2 olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 16 mm2
Damarın en kəsik sahəsi 150-240 mm2 olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 25 mm2
Ekranın en kəsik sahəsinin maksimum həddi sifarişçinin tələbinə əsasən hazırlana bilər.
7. Daxili doldurucu- polivinilxlorid plastikatı
8. Zireh- iki ədəd sinklənmiş polad lent (üst qatdakı lent aşağı qatdakı lentin burulma aralıqlarını örtməsi şərti ilə vurulur) (B)
9. Xarici mühafizə örtüyü- qalınlaşdırılmış polietilen (2Yy)
Texniki xarakteristika:
- Damarın işçi temperaturu / +900C
- Qəza zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +1300C
- Qısaqapanma zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +2500С
- Qısaqapanma müddəti (çox olmayaraq) / 5 san
- Kabelin quraşdırılma temperaturu (az olmayaraq) / -200С
- Ətraf mühitin temperaturu / -60 / +500C
- Kabelin minimal əyilmə radiusu / 15xD (D- kabelin xarici diametri)