NA2XSEBY
Tətbiq sahəsi
Standart: AZS 418-2010 (TS İEC 60502-2), TSE K 204 Rus analoqu: AПвБВ Kabel istehsal sahələrində, kabel xətlərində stasionar quraşdırılma üçün istifadə olunur. Kabellər quru torpaqda və həmçinin səviyyələr fərqinin məhdudiyyəti olmadan quraşdırılma imkanına malikdirlər. Kabel tək halda quraşdırılmada yanmanı yaymır.
Tikilmiş polietilen (XLPE) izolyasiyalı, polad lent zirehli, polivinilxlorid (PVX) örtüklü, alüminium keçiricili üçdamarlı yüksək gərginlik kabeli
Konstruksiya:
1. Cərəyan keçirən damar - çoxməftilli dairəvi kipləşdirilmiş alüminium (A) məftillər, IEC 60228 - ə əsasən 2-ci sinif
- Çoxməftilli kipləşdirilmiş dairəvi formalı damarın en kəsik sahəsi 25÷240mm²
2. Damarüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
3. İzolyasiya- tikilmiş polietilen (2X)
4. İzolyasiyaüstü ekran- ekstruziya üsulu ilə çəkilmiş tikilmiş yarımkeçirici polietilen
5. Ayırıcı təbəqə- su bloklayıcı yarımkeçirici lent
6. Ekran-hər birinin üzəri mis məftil və mis lent ilə ekranlanmış damarlar (SE)
Damarın en kəsik sahəsi 25-120 mm2 olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 16 mm2
Damarın en kəsik sahəsi 150-240 mm2 olan kabellər üçün ekranın minimum en kəsik sahəsi 25 mm2
Ekranın en kəsik sahəsinin maksimum həddi sifarişçinin tələbinə əsasən hazırlana bilər.
7. Daxili doldurucu- polivinilxlorid plastikatı
8. Zireh- iki ədəd sinklənmiş polad lent (üst qatdakı lent aşağı qatdakı lentin burulma aralıqlarını örtməsi şərti ilə vurulur) (B)
9. Xarici mühafizə örtüyü- polivinilxlorid (Y)
Texniki xarakteristika:
- Damarın işçi temperaturu / +900C
- Qəza zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +1300C
- Qısaqapanma zamanı kabelin damarlarının maksimal qızma temperaturu / +2500С
- Qısaqapanma müddəti (çox olmayaraq) / 5 san
- Kabelin quraşdırılma temperaturu (az olmayaraq) / -150С
- Ətraf mühitin temperaturu / -50 / +500C
- Kabelin minimal əyilmə radiusu / 15xD (D- kabelin xarici diametri)