ОКК-ОККС
Tətbiq sahəsi
Elektrik və rabitə dayaqlarından asma üçün “ikili örtüyə, aramid və ya şüşə iplərə malik dielektrik konstruksiyalı” A-DF2Y(ZN) / A-DF2Y(BN)2Y (ОКК/ОККС) markalı optik lifli kabellər
KABELİN KONSTRUKSİYASI
Modullar - içərisində sərbəst yerləşdirilmiş optik liflərdən və hidrofob geldən təşkil olunub. Modullar mərkəzi güc elementi ətrafında SZ şəkilli burulur. Burulmuş modulların arasındakı boşluqlar nəm əleyhinə gellə doldurulub, PETF lent ilə bükülür. Daxili örtük kimi kabelin üzərinə PE örtük çəkilir. Daxili örtük çəkilmiş kabelin üzərinə gücləndirici aramid və ya şüşə iplər çəkildikdən sonra yüksək sıxlıqlı polietilen materialından xarici mühafizə örtüyü çəkilir.
- Mərkəzi güc elementi
- Modul
- Optik lif
- Hidrofob gel (modul içi)
- Kordel doldurucu
- Hidrofob gel (modul arası)
- PETF lent
- Daxili örtük
- Aramid(ZN) və ya şüşə (BN) iplər
- Xarici mühafizə örtüyü
LİF VƏ MODUL RƏNGLƏRİNİN İDENTİFİKASİYASI (IEC 60304)
1-12 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
Lif | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Modul | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Sifarişçinin tələbinə əsasən liflərin və modulların rəng identifikasiyaları (həmçinin, modulların rənglərə görə yığım ardıcıllığı) fərqlənə bilər.
Optik liflərin sayı | 2-24 | 26-48 | 50-72 | 74-96 | 98-144 |
Modulların sayı (max) | 6 | 6 | 6 | 8 | 12 |
Modulda optik liflərin sayı (max) | 4 | 8 | 12 | 12 | 12 |
İşçi temperatur | -40°C.....+60ºC |
Quraşdırma temperaturu | -10°C.....+50ºC |
Anbarda saxlanma və daşınma temperaturu | -50ºC......+50ºC |
Minimal əyilmə radiusu | 20xD |
Dartılma qüvvəsi (IEC 60794-1-2) | 3.0 ÷ 10 kN |
Əzilmə qüvvəsi (IEC 60794-1-2) | 3.0 kN/100 mm (az olmayaraq) |