ОККМ-ОККмС
Tətbiq sahəsi
Elektrik dayaqlarından asma üçün”təkli örtüyə, aramid və ya şüşə iplərə malik dielektrik konstruksiyalı” A-DF(ZN)2Y / A-DF(BN)2Y (ОККм/ОККмС) markalı optik lifli kabellər
KABELİN KONSTRUKSİYASI
Modullar - içərisində sərbəst yerləşdirilmiş optik liflərdən və hidrofob geldən təşkil olunub. Modullar mərkəzi güc elementi ətrafında SZ şəkilli burulur. Burulmuş modulların arasındakı boşluqlar nəm əleyhinə gellə doldurulub, PETF lent ilə bükülür. Sonda damarın üzərinə gücləndirici aramid ( və ya şüşə) ip və yüksəksıxlıqlı PE örtük çəkilir.
- Mərkəzi güc elementi
- PBT modul
- Optik lif
- Hidrofob gel (modul içi)
- Kordel doldurucu
- Hidrofob gel (modul arası)
- PETF lent
- Aramid(ZN) və ya şüşə (BN) iplər
- Xarici mühafizə örtüyü
LİF VƏ MODUL RƏNGLƏRİNİN İDENTİFİKASİYASI (IEC 60304)
1-12 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
Lif | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Modul | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Sifarişçinin tələbinə əsasən liflərin və modulların rəng identifikasiyaları (həmçinin, modulların rənglərə görə yığım ardıcıllığı) fərqlənə bilər.
Optik liflərin sayı | 2-24 | 26-48 | 50-72 | 74-96 | 98-144 |
Modulların sayı (max) | 5 | 5 | 6 | 8 | 12 |
Modulda optik liflərin sayı (max) | 6 | 10 | 12 | 12 | 12 |
İşçi temperatur | -40°C.....+60ºC |
Quraşdırma temperaturu | -10°C.....+50ºC |
Anbarda saxlanma və daşınma temperaturu | -50ºC......+50ºC |
Minimal əyilmə radiusu | 20xD |
Dartılma qüvvəsi (IEC 60794-1-2) | 30 ÷ 30.0 kN |
Əzilmə qüvvəsi (IEC 60794-1-2) | 3.0 kN/100 mm (az olmayaraq) |