A-DF(ZN)2Y(SR)2Y
Tətbiq sahəsi
Kabel kanallarında quraşdırma üçün “ikili örtüyə, laminə edilmiş büzməli polad lent zirehə malik” optik kabel
ÜMUMİ MƏLUMAT
Kabel kanallarında quraşdırma üçün “ikili örtüyə, laminə edilmiş büzməli polad lent zirehə malik” optik kabel
KABELİN KONSTRUKSİYASI
Modullar içərisində sərbəst yerləşdirilmiş optik liflərdən və hidrofob geldən təşkil olunub. Modullar mərkəzi güc elementi ətrafında SZ şəkilli burulur. Burulmuş modulların arasındakı boşluqlar gel ilə doldurulub, PETF lent ilə bükülür. Bundan sonra burulmuş modulların üzərinə aramid və ya şüşə iplərlə yanaşı polietilen materialından daxili örtük çəkilir. Daxili örtük çəkilmiş kabelin üzərinə laminə edilmiş büzməli polad lent zireh və yüksək sıxlıqlı polietilendən xarici örtük çəkilir. Sifarişçinin tələbinə əsasən büzməli polad lent zirehin altına nəm əleyhinə ip və ya lent vurula bilər. Həmçinin (yanma təhlükəli yerlərdə) daxili və xarici örtük materialı halogensiz kompaund (LSZH) materialından ola bilər.
- Mərkəzi güc elementi (CSM)
- Optik lif
- PBT modul
- Hidrofob gel
- Şüşə (ZN) və ya şüşə (ZN) aramid ip
- Daxili örtük
- Büzməli polad lent zireh
- Xarici mühafizə örtüyü (PE)
LİF VƏ MODUL RƏNGLƏRİNİN İDENTİFİKASİYASI (IEC 60304)
1-12 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
Lif | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Modul | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Sifarişçinin tələbinə əsasən liflərin və modulların rəng identifikasiyaları (həmçinin, modulların rənglərə görə yığım ardıcıllığı) fərqlənə bilər.
Optik liflərin sayı | 2-24 | 26-48 | 50-72 | 74-96 | 98-144 |
Modulların sayı (max) | 6 | 6 | 6 | 8 | 12 |
Modulda optik liflərin sayı (max) | 4 | 8 | 12 | 12 | 12 |
İşçi temperatur | -40°C.....+60ºC |
Quraşdırma temperaturu | -10°C.....+50ºC |
Anbarda saxlanma və daşınma temperaturu | -50ºC......+50ºC |
Minimal əyilmə radiusu | 20xD |
Dartılma qüvvəsi (IEC 60794-1-2 | 1.5 ÷ 3.5 kN |
Əzilmə qüvvəsi (IEC 60794-1-2) | 3.0 kN/100 mm (az olmayaraq) |