ОКЛ-Т
Tətbiq sahəsi
Kabel kanallarında quraşdırma üçün “ikili örtüyə, laminə edilmiş büzməli polad lent zirehə malik mərkəzi modullu A-D(ZN)2Y(SR)2Y / A-D(BN)2Y(SR)2Y (ОКЛ-Т) markalı optik lifli kabellər
KABELİN KONSTRUKSİYASI
Mərkəzi modul - içərisində sərbəst halda yerləşdirilmiş optik liflərdən və geldən təşkil olunub. Mərkəzi modulun üzərinə aramid və ya şüşə iplərlə yanaşı daxili PE örtük çəkilir. Daxili örtük çəkilmiş kabelin üzərinə laminə edilmiş büzməli polad lent zireh və yüksək sıxlıqlı PE xarici örtük çəkilir. Sifarişçinin tələbinə əsasən büzməli polad lent zirehin altına nəm əleyhinə ip və ya lent vurula bilər.
- Optik lif
- Hidrofob gel
- PBT modul
- Aramid(ZN) və ya şüşə (BN) iplər və onlar üzərinə çəkilmiş daxili örtük
- Büzməli polad zireh
- Xarici mühafizə örtüyü
LİFLƏRİN RƏNGLƏRİNİN İDENTİFİKASİYASI (IEC 60304)
1-12 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
Lif | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Sifarişçinin tələbinə əsasən liflərin və modulun rəng identifikasiyaları fərqlənə bilər.
Optik liflərin sayı | 2-12 |
Modulların sayı (max) | 1 |
İşçi temperatur | -40°C.....+60ºC |
Quraşdırma temperaturu | -10°C.....+50ºC |
Anbarda saxlanma və daşınma temperaturu | -50ºC......+50ºC |
Minimal əyilmə radiusu | 20xD |
Dartılma qüvvəsi (IEC 60794-1-2) | 1.0 ÷ 3.5 kN |
Əzilmə qüvvəsi (IEC 60794-1-2) | 2.0 kN/100 mm (az olmayaraq) |