ОКЛм
Tətbiq sahəsi
Kabel kanallarında quraşdırma üçün “ikili örtüyə, laminə edilmiş büzməli polad lent zirehə malik” A-DF(ZN)(SR)2Y/A-DF(BN)(SR)2Y (ОКЛм) markalı optik lifli kabel
KABELİN KONSTRUKSİYASI
Modullar - içərisində sərbəst yerləşdirilmiş optik liflərdən və hidrofob geldən təşkil olunub. Modullar mərkəzi güc elementi ətrafında SZ şəkilli burulur. Burulmuş modulların arasındakı boşluqlar gellə doldurulub, PETF lent ilə bükülür. Bundan sonra damarın üzərinə aramid və ya şüşə iplərlə yanaşı laminə edilmiş büzməli polad lent və yüksək sıxlıqlı polietilen (yanğın təhlükəli yerlərdə LSZH) örtük çəkilir. Sifarişçinin tələbinə əsasən büzməli polad lent zirehin altına nəm əleyhinə ip və ya lent vurula bilər.
- Mərkəzi güc elementi
- Hidrofob gel
- Optik lif
- PBT modul
- Aramid(ZN) və ya şüşə (BN) iplər
- Büzməli polad zireh
- Xarici mühafizə örtüyü
LİF VƏ MODUL RƏNGLƏRİNİN İDENTİFİKASİYASI (IEC 60304)
1-12 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
Lif | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Modul | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Sifarişçinin tələbinə əsasən liflərin və modulların rəng identifikasiyaları (həmçinin, modulların rənglərə görə yığım ardıcıllığı) fərqlənə bilər.
Optik liflərin sayı | 2-24 | 26-48 | 50-72 | 74-96 | 98-144 |
Modulların sayı (max) | 6 | 6 | 6 | 8 | 12 |
Modulda optik liflərin sayı (max) | 4 | 8 | 12 | 12 | 12 |
İşçi temperatur | -40°C.....+60ºC |
Quraşdırma temperaturu | -10°C.....+50ºC |
Anbarda saxlanma və daşınma temperaturu | -50ºC......+50ºC |
Minimal əyilmə radiusu | 20xD |
Dartılma qüvvəsi (IEC 60794-1-2) | 1 ÷ 3.5 kN |
Əzilmə qüvvəsi (IEC 60794-1-2) | 2.0 kN/100 mm (az olmayaraq) |