ОКЛмТ-Т
Tətbiq sahəsi
Elektrik dayaqlarından asma üçün “təkli örtüyə, laminə edilmiş büzməli polad lent zirehə, asqı trosa (fiqur-8) malik mərkəzi modullu” A-D(ZN)(SR)T2Y / A-D(BN)(SR)T2Y (ОКЛмТ-T) markalı optik lifli kabellər
Kabelin konstruksiyası
Daşıyıcı element burulmuş damara əsasən paralel yerləşir. Daşıyıcı element polad trosdan və ya dielektrik əsaslı güc elementindən (şüşə tərkibli plastik çubuq) təşkil oluna bilər. Modul - içərisində sərbəst yerləşdirilmiş optik liflərdən və geldən təşkil olunub. Mərkəzi modulun üzərinə aramid və ya şüşə iplər, laminə edilmiş büzməli polad lent zireh çəkilməklə yanaşı ona paralel yerləşdirilmiş daşıyıcı elementə eyni anda yüksək sıxlıqlı PE xarici örtük çəkilir.
- Polad tros (T)/ polad məftil (Ts)
- Çubuq (Td)
- Optik lif
- Hidrofob gel
- PBT modul
- Aramid iplər (ZN) və ya şüşə iplər (BN)
- Büzməli polad lent zireh
- Xarici örtük
LİFLƏRİN RƏNGLƏRİNİN İDENTİFİKASİYASI (IEC 60304)
1-12 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
Lif | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Sifarişçinin tələbinə əsasən liflərin və modulun rəng identifikasiyaları fərqlənə bilər. Modulda liflərin sayı 12 - dən artıq olduqda identifikasiya üçün dairəvi markalanmadan istifadə olunur.
Optik liflərin sayı | 2-12 |
Modulların sayı (max) | 1 |
İşçi temperatur | -60°C.....+70ºC |
Quraşdırma temperaturu | -10°C.....+50ºC |
Anbarda saxlanma və daşınma temperaturu | -60ºC......+70ºC |
Minimal əyilmə radiusu | 20xD |
Dartılma qüvvəsi (IEC 60794-1-2 E1) | 3.5÷9.0 kN |
Əzilmə qüvvəsi (IEC 60794-1-2 E3) | 2 kN/100 mm (az olmayaraq) |