ОКЛТ
Tətbiq sahəsi
Elektrik dayaqlarından asma üçün “ikili örtüyə, laminə edilmiş büzməli polad lent zirehə, asqı trosa (fiqur-8) malik” DF(ZN)2Y(SR)T2Y / A-DF(BN)2Y(SR)T2Y (ОКЛТ) markalı optik lifli kabellər
Kabelin konstruksiyası
Daşıyıcı element burulmuş damara əsasən paralel yerləşir. Daşıyıcı element polad trosdan və ya dielektrik əsaslı güc elementindən (şüşə tərkibli plastik çubuq) təşkil oluna bilər. Modullar - içərisində sərbəst yerləşdirilmiş optik liflərdən və geldən təşkil olunub. Modullar mərkəzi güc elementi ətrafında SZ burulur. Burulmuş modulların arasındakı boşluqlar nəm əleyhinə gellə doldurulub, PETF lent ilə bükülür. Bundan sonra damarın üzərinə aramid və ya şüşə iplər və daxili PE örtük çəkilir. Daxili örtük çəkilmiş kabelin üzərinə laminə edilmiş büzməli polad lent zireh çəkilməklə yanaşı ona paralel yerləşdirilmiş daşıyıcı elementə eyni anda yüksək sıxlıqlı PE xarici örtük çəkilir.
- polad tros (T)/ polad məftil (Ts)
- şüşə çubuq (Td)
- büzməli polad lent zireh
- mərkəzi güc elementi
- PBT modul
- optik lif
- gel
- xarici örtük
- daxili örtük
- aramid (ZN) və ya şüşə (BN) iplər
LİF VƏ MODUL RƏNGLƏRİNİN İDENTİFİKASİYASI (IEC 60304)
1-12 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
Lif | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Modul | qırmızı | yaşıl | göy | sarı | ağ | boz | qəhvəyi | bənövşəyi | mavi | qara | narıncı | çəhrayı |
Sifarişçinin tələbinə əsasən liflərin və modulların rəng identifikasiyaları (həmçinin, modulların rənglərə görə yığım ardıcıllığı) fərqlənə bilər.
Optik liflərin sayı | 2-24 | 26-48 | 50-72 | 74-96 | 98-144 |
Modulların sayı (max) | 6 | 6 | 6 | 8 | 12 |
Modulda optik liflərin sayı (max) | 4 | 8 | 12 | 12 | 12 |
İşçi temperatur | -60°C.....+70ºC |
Quraşdırma temperaturu | -10°C.....+50ºC |
Anbarda saxlanma və daşınma temperaturu | -60ºC......+70ºC |
Minimal əyilmə radiusu | 20xD |
Dartılma qüvvəsi (IEC 60794-1-2) | 3.5 ÷ 30.0 kN |
Əzilmə qüvvəsi (IEC 60794-1-2) | 3.0 kN/100 mm (az olmayaraq) |