Polimer Məhsullar
Ümumi istehsal gücü 250 000 tondan artıq olan müəssisə, borularla yanaşı, aksesuarlar da istehsal edir və qaynaq xidmətləri göstərilir. İstehsal olunan məhsullar Avropa və Rusiya standartlarına tam cavab verir.
Məhsullar
1200 mm diametrə qədər PE 100 borular
PE 100 polietilen boruları plastik boru istehsalında yeni mərhələnin başlanğıcı hesab olunur. Bu borular yüksək təzyiqə davamlılığı ile seçilən ən müasir polietilen (PE) borular hesab olunur. Bu borular digər markalı (PE 63, PE 80) borular ilə müqayisədə daha az divar qalınlığına və daha üstün mexaniki xassələrə malikdirlər. Sumqayıt Texnologiyalar Parkının Polimer məmulatlar zavodu təzyiqə davamlı PE100 borularını diametri 16-1200 mm və 6,3-25 atmosfer gücündə istehsalını edə bilir.
РЕ 100 boruları aşağıdakı sahələrdə tədbiq olunur:
Yeraltı, yerüstü içməli və texniki məqsədlər üçün su şəbəkələri;
- Dəniz sularının axıdılması sistemləri;
- Su drenaj sistemi;
- Tarla suvarma sistemləri;
- Neft yataqları;
- Kimya və neft-kimya sənayesi;
- Bina və sənaye obyektlərinin tikintisi;
- Mədən sənayesi;
- Magistral və lokal təbii qaz xətlərinin çəkilişi.
STP-də istehsal olunan PE100 boruların üstünlükləri:
- Davamlılıq. Minimal 50 il zəmanəti ilə РЕ 100 boruları 100 il istifadə edilə bilər;
- Yüksək zərbələrə davamlılıq, çatlamağa qarşı dayanıqlıq;
- Kimyəvi təsirə qarşı dözümlülüyü yüksəkdir;
- Günəş şüalarına qarşı davamlıdır;
- Həm buxta (rulon), həm də standart ölçülərdə istehsal oluna bilər;
- Daxili səthi hamardır, bu da su axını zamanı ərp yığılmasını minimuma endirir;
- Zəlzələ və digər təbii hadisələrin aktiv olduğu sahələrdə istifadəyə yararlıdır;
- Şaxtaya qarşı davamlıdır;
- Yüksək təzyiqə davamlılığı (PN4÷PN20) boruların sifarişdən asılı olaraq geniş təzyiq diapazonu üçün istehsal olunmasına imkan yaradır.
Normal təzyiqlə istehsal etdiyimiz boru ölçülərinin həddi
- DN - borunun nominal diametri, (mm)
- s - Borunun divar qalınlığı, (mm)
- SDR - Standart Ölçülər Nisbəti
- M - Vahid metrinin çəkisi (kq/m)
3600 mm diametrə qədər koruge borular
Polimer Məmulatlar Zavodu yeni növ polimer koruge borular istehsal edir. Bu borular digər polimer borulardan fərqli olaraq bir neçə sahəni əhatə edir. Səthinin möhkəm və çəkisinin yüngül olması onları əvəzolunmaz edir. Bu borular həm elektrik, telekommunikasiya və digər ötürücü xətlərin təhlükəsizliyinin təminatında, həm də təzyiqsiz çirkab, qrunt və yağış sularının axıdılmasında geniş istifadə olunur.
1-15 metr dərinlikdə istifadə oluna bilən bu borular fiziki, kimyəvi və texniki təsirlərə qarşı davamlıdır. Həmçinin, koruge boruların tətbiqi mühəndis-texniki qurğuların istismar müddətini uzadır, vaxt itkisini minimuma endirir. Tətbiq sahəsindən asılı olaraq STP markalı koruge borular rənglərinə görə üç yerə bölünür: qırmızı (elektrik xətləri üçün), göy (telekommunikasiya xətləri üçün), qara (diger məqsədler üçün). Hamar daxili divar boru ilə sürtünməni minimuma endirir.
PMZ-də istehsal olunan təkqatlı koruge boruların əsas üstün cəhətləri aşağıdakılardır:
- Çürüməyə və korroziyaya məruz qalmırlar
- Kimyəvi maddələrin təsirinə qarşı davamlıdırlar
- Xarici qüvvələrin təsirinə və zərbəyə qarşı davamlıdırlar
- Su keçirmirlər və nəmişliyə qarşı davamlıdırlar
- Elektrik cərəyanını keçirmirlər, buna görə də kabellərin zədələnməsi zamanı cərəyanın təsirinə məruzqalma riski aradan qalxır.
- Kabelləri mexaniki zədələnmələrdən qoruyur
- İstismar müddəti zamanı öz keyfiyyətini və xassələrini saxlayır
- Elastiki olduqlarından əlavə istiqamətləndirici fitinqlərə ehtiyac yaranmır
- Montaj zamanı xüsusi vərdişlərə və əlavə avadanlıqlara ehtiyac yaranmır
- Kiçik çəkiyə malik olduqlarından daşınması, yüklənməsi və saxlanılması asandır
- Ekoloji cəhətdən təmiz və təhlükəsiz materialdır
- Polimer məhsullar zavodu yeni növ ikiqatlı polietilen borular istehsal edir. Ağır səth və yüngül çəki onları əvəzolunmaz edir. Bu borular enerji və telekommunikasiya xətlərinin təhlükəsizliyini təmin edir.
İkiqat koruge borular 1–15 m dərinlikdə və -40ºС - +90ºС temperatur intervalında fiziki, kimyəvi və texniki təsirlərə davamlıdır. Eyni zamanda, koruge borular mühəndis qurğuların fəaliyyət ömrünü uzadır, onların təmiri minimal vaxt itkisi ilə nəticələnir. Tətbiq sahəsindən asılı olaraq, STP-da üç rəng koruge borular istehsal olunur: qırmızı - elektrik verilişi xətləri üçün, mavi - telekommunikasiya xətləri üçün, qara - qalan məqsədləri üçün. Hamar daxili səth sürtünməni minumuma endirir.
STP-nin Polimer məmulatlar zavodunda istehsal olunan ikiqatlı koruge boruların müsbət cəhətlərinə aşağıdakıları aid etmək olar:
- Quraşdırılmasının və hamar daxili səthin hesabına kabel çəkilişinin asan olması;
- Uzunmüddətli istismar müddəti və iqtisadi cəhətdən səmərəli olması;
- Drenaj sistemlərinin quraşdırılmasında əvəzsizliyi.
Material:
- Üst qat HDPE
- Iç qat HDPE
Tətbiq sahəsi:
- Alçaq və yüksək gərginlikli naqillərin mexaniki təsirlərdən müdafiəsi
- Naqilin torpaqda çəkilməsi zamanı ətraf aləmin aqressiv təsirlərindən qoruma
- Hər hansı gizlətmə üsulları (betonun bir hissəsi kimi) ilə quraşdırılmada
- Təzyiqsiz çirkab, qrunt və yağış sularının axıdılmasında
Istismar temperaturu:
- - 400C-dən +900C-yə qəd/ər
Rəngi:
- Xarici divar: qırmızı (elektrik), göy (telekommunikasiya), qara (digər)
- Daxili divar: ağ, sarı
Polipropilendən hazırlanmış ikiqat koruge borular xarici suötürmə sistemlərində, kanalizasiya, yağış və qrunt sularını axıtmaq üçün nəzərdə tutulmuşdur. Bu universal konstruksiyalı borulardan praktiki olaraq bütün sahələrdə sənaye, mülki, kənd təsərrüfatı, hidrotexniki və su qurğuları, dəmir və avtomobil yollarının tikintisində istifadə olunur.
İkiqatlı təzyiqsiz koruge polipropilen borular Alman texnologiyası əsasında yanaşıekstruziya metodu ilə istehsal olunur. Daxili səthi hamar, xarici səthi isə büzməlidir. Üst qatı adətən qara rənglə rənglənir ki, materialı ultrabənövşəyi şüaların təsirindən qorusun. Daxili isə sarı və ya ağ rənglə rənglənir. Boruların istismar müddəti 50 ildən yuxarıdır. Polipropilen boruların keyfiyyətinə nəzarət AZS ISO/IEC 17025:2009 üzrə akkreditasiya olunmuş laboratoriyada həyata keçirilir.
STP-nin istehsal gücü və nəqliyyat strukturu imkan verir ki, kollektor və drenaj sistemlərinin regional və irimiqyaslı tikintisini həyata keçirən təşkilatları yüksək keyfiyyətə malik polimer borular ilə təmin etsin
Digər borulardan fərqli olaraq, ikiqatlı polipropilendən hazırlanmış ikiqat təzyiqsiz koruge boruların aşağıdakı üstün cəhətləri vardır:
- Genağız birləşmənin hesabına tez və asan montaj;
- Boruların açıq sahədə torpaq üzərində düzülməsinin, hətta böyük dinamik yüklənmələrə malik yolların altından da keçirilməsinin mümkünlüyü;
- Çox da böyük kütləyə malik olmayan bu boruların böyük həlqəvi sərtliyə malik olması və böyük ağırlıqlara davam gətirməsi (8 KN/ m2 və ya SN8);
- Daxili səthin hamar olması səbəbindən müxtəlif qatqıların və çöküntülərin yığılıb qalmaması;
- +95°C-yə qədər olan temperaturlu suyu nəql etmək qabiliyyətinə malik olması.
Polipropilen PPR borular
Bu gün plastik məhsullar texnoloji yeniliklərlə birlikdə həyatımızın ayrılmaz hissələrinə çevrilib. Bunun nəticəsi olaraq insanlar artıq məişətdə bir vaxtlar su çəkilişləri zamanı istifadə etdikləri metal borulardan daha ucuz, kimyavi və təbii təsirlərə davamlı, asan istifadə oluna bilən plastik borulara üstünlük verməyə başlamışdır.
Plastik borular içərisində Polipropilen PPR borulan ən son yeni məhsullardan hesab olunur. STP-nin Polimer Məmulatlar zavodu isti və soyuq su təchizatı sistemlərinin quraşdırılmasında istifadə olunan yüksək keyfiyyətli Polipropilen PPR borular da istehsal olunur.
STP-nin istehsal etdiyi Polipropilen PPR borunun üstünlükləri:
- Keyfiyyət: İstehsal prosesi yüksək keyfiyyətli xammal vasitəsi ilə həyata keçirilir və DİN, TSE, ГОСТ, ISO 9001 standardlarının tələblərinə cavab verir.
- Etibarlılıq: Bu borulardan yığılmış sistemin yüksək temperatur və təzyiq müqaviməti var.
- Borunun istismar müddəti: Bu boruların 50 il zəmanəti var və bu istifadə olunan temperaturdan asılı olaraq dəyişə bilər.
- Korroziya və kimyəvi müqavimət: Borular korroziyaya və aqressiv mühitə davamlıdır.
- Axın sürəti: Hamar daxili səthi olduğuna görə bu borular axın sürətini artırır.
- Ekoloji təmizlik: İstifadə olunan Polipropilen su ilə reaksiyaya girmir, buna görə də suya əlavə dad qatmır. Daxili səthi sürüşkən olduğundan bakteriyaların, üzvü və qeyri-üzvü çöküntülərin yaranması müşahidə olunmur.
Fitinqlər
PE 100 BORULARI ÜÇÜN QAYNAQ ÜSULU İLƏ ALINMIŞ FİTİNQLƏR
PE 100 polietilen qaynaq fitinqləri PE 100 markalı yüksək sıxlıqlı polietilendən hazırlanan polietilen borular üçün birləşdirici hissələrdir. Bu fitinqlər qaynaq vasitəsilə polietilen boru kəsiklərinin biri-biri il birləşdirilməsi yolu ilə istehsal edilir. İstehsal olunmuş PE 100 polietilen qaynaq fitinqlərin aşağıdakı konfiqurasiyaları və növləri var: 15°, 22,5° , 30°, 45°, 60 ° və 90°.
PE 100 BORULAR ÜÇÜN TÖKMƏ FİTİNQLƏR
Tökmə fitinqlər — polietilenin (PE100) təzyiq və temperatur altında qəliblərə tökülməsi üsulu ilə istehsal olunur. Fitinqlər boru sisteminin istiqamətini dəyişmək, bərabər paylanma və ya başqa diametrə çevirmək istədikdə istifadə olunur. Bu fitinqlərin əhəmiyyətli üstünlüyü istehsalının asanlığı və az məsrəfli olmasıdır. Quraşdırılması qaynaqla birləşdirmə ilə edilir ki, bu da maliyyə xərclərini azaldır və əlavə xərclərdən azad edir. PE 100-dən hazırlanmış 63 - 315 mm diametrində olan dirsəklər, flanslar, keçidlər, üçlüklər və qapayıcılar su və qaz xətlərində istifadə olunur.
PPH KANALİZASİYA FİTİNQLƏRİ
Daxili kanalizasiya şəbəkələrinə boruları birləşdirmək üçün PPH ”Homogen polipropilen” hazırlanmış fitinqlərdən istifadə olunur. Bu fitinqlər yüksək fiziki və mexaniki xassələrə malik olduqlarından aqressiv mühitə qarşı davamlıdır, belə ki, bu xassələr bu fitinqlərin həm daxili həmdə xarici səthinə aid edilə bilər. PVC fitinqlərindən fərli olaraq zərbəyə qarşı dözümlüdürlər.
Koruge borular üçün fitinqlər
- Dirsəklər 15°, 30°, 45°, 60°, 90°
- Bərabər keçidli üçlük, 90°, 45°
- Qeyri-bərabər keçidli üçlük, 90º, 45°