Qaynar sinkləmə
Bunun üçün şirkətin ərazində Avropa ölkələrinin təcrübəsini tətbiq etməklə ən qabaqcıl və ekoloji cəhətdən təmiz Antikorroziya örtükləri zavodunu istifadə vermişdir. Zavodun illik istehsal gücü 20000 ton olan Qaynar sinkləmə sexində Almaniyanın “Pilling”, “SCHEFFER”, “Stoeckl”, Avstriyanın “KOERNER”, “SCHEUCH” və Norveçin “C.H.Evensen” firmasının avadanlıqları quraşdırılmışdır. Sexdə avtomatik rejimdə ölçüləri 14,5x1,4x2,7 metrə qədər olan metal konstruksiyalar sinklənə bilər. Həmçinin əl rejimində uzunluğu 18 metrə qədər olan konstruksiyaların da sinklənməsi mümkündür.
Metalın ilkin emalı özündə kipləşdirilmiş sahədə yerləşən 9 (doqquz) ədəd texnoloji vannanı, 3 (üç) ədəd traversi eyni vaxtda quruda bilən quruducunu və vannaların yerləşdiyi sahədəki havanın tərkibindəki HCl buxarını (xlorid turşusu buxarını) tutmaq üçün nəzərdə tutulmuş skrubberi birləşdirilir.
Sink örtüyünün keyfiyyətinə nəzarət ГОСТ 9.307-89-a istinad edən sınaq metodları ilə aparılır. Sink vannasının metal tərkibi Stasionar Spektrometr BELEC LAB 3000s qurğusu ilə analiz edilir. Sinklənmiş materialların istismar müddəti 75-100 ildir. Sinklənmiş materiallar etibarlılıq və davamlılıq tələb edən sahələrdə geniş istifadə edilir.
Flüs qatı sinkləmə prosesində katalizator rolunu oynayır. Bu qat həm də qurutma kamerasında və traverslərin sink vannasına daşınması zamanı əmələ gələ biləcək oksidlərin qarşısını alır. Qurutma prosesi 110-120 °C kalorifer vasitəsilə qızdırılmış hava şəraitində aparılır.
Qaynar sinkləmə prosesində metal konstruksiyalar ərinmiş sinklə dolu (~450-452°C) vannaya salınır. Sinklənmiş materiallar EN ISO 1461:2009, ASTM A123 standartlarının tələblərinə cavab verir. Sinkləmə prosesində keyfiyyətli işin təmin edilməsi üçün yüksək keyfiyyətli (99.995%) sinkdən istifadə olunur.