ALÜMİNİUM PROFİLLƏR
Общая информация
Aliminium profillərin istehsalatda istifadəsi günü-gündən artmaqdadır. Bərk və dözümlü olmaqla yanaşı yüngül olması, soyuğa dözümlülüyü və yüksək temperaturda toksik maddələr buraxmaması xüsusiyyətlərinə görə sənayedə hər gün yeni sahələrdə istifadə olunur. Alüminiumun digər metallardan daha elastik olması və çürüməyə dözümlü olması onu daha da cəlbedici edir.
Sumqayıt texnalogiyalar parkı tikinti layihələrində, pəncərə, qapı, mebel, ev bəzəkləri istehsalında və sənayedə istifadə üçün müxtəlif növ alüminium profillər təklif edir. ABŞ, Almaniya, Çin, Türkiyə və Rusiya istehsalı olan ən müasir avadanlıqlarımız müştərilərimizin istəyinə uyğun aliminium profil məhsulları istehsal etməyə imkan verir. Alüminium ekstruziya press xətlərimizin illik 4500 ton aliminium profil istehsal etmək imkanı var. Toz boya xəttlərimiz vasitəsilə ildə 2880 ton metal profil boyaya bilirik.
Tətbiq edilən əsas sahələr:
- Tikinti-inşaat sahəsi
- Maşınqayırma sahəsi
- Gəmiqayırma sahəsi
- Mebel istehsalı sahəsi
Aliminium profillərimizin üstünlükləri:
- Oda davamlı-yanmayandır.
- Fərqli dizaynlar mümkündür.
- Yüngül amma, sərt və dözümlü materialdır.
- Küləyə, istiyə və soyuğa davamlıdır.