SƏTƏM

Sumqayıt Texnologiyalar Parkı” MMC-nin əməyin mühafizəsi üzrə

S İ Y A S Ə T İ

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) rəhbərliyi bəyan edir:

  • • Məqsədimiz milli və beynəlxalq tələblər əsasında tikinti, istehsal və istismar fəaliyyəti zamanı insanların sağlamlığına və əmlakına ziyan vurmadan təhlükəsiz iş mühiti yaratmaqdır;
  • • STP işçilərin, podratçı təşkilatların işçilərinin və əhalinin sağlamlığına ziyan vura biləcək təhlükələrin və risklərin qarşısının alınmasına yönələn fəaliyyəti ön plana çəkir;
  • • Biz iş yerlərində və istehsalat sahələrində ən müasir, təhlükəsiz texnika və texnologiyaların tətbiqinə nail olmağa çalışırıq;
  • • öz fəaliyyətimizdə əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair Azərbaycan Respublikası qanunlarının, qaydalarının və digər qanunverici normativ hüquqi aktların tələblərini rəhbər tutur və yerinə yetiririk;
  • • Rəhbərlik baş vermiş bütün hadisələri tədqiq və təhlil edir, onların bir daha təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin görülməsini və bu barədə işçi heyətin təlimatlandırılmasını və məlumatlandırılmasını həyata keçirir;
  • • Biz şirkətimiz ilə əlaqədə olan podratçılara, firmalara, müəssisələrə və digər tərəfdaşlara əməyin mühafizəsi və təhlükəsizliyi üzrə siyasətimizin əlçatan olmasını təmin edirik;
  • • Məqsədimiz işçilərimizin təhlükəsiz avadanlıqlar və lazımi fərdi qoruyucu vasitələr ilə təchiz edilməsi, xəsarət zamanı dərhal ilkin yardım və tibbi xidmətin göstərilməsi üçün lazımi şərait yaratmaqdır;
  • • Rəhbərlik üçün müntəzəm olaraq əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində siyasətə yenidən baxmaq və lazım gəldikdə ona dəyişikliklər etmək prioritet məsələlərdən biridir;
  • • İşçilərimizin əməyin mühafizəsi və təhlükəsizliyi sahəsi üzrə biliklərinin, vərdişlərinin yüksəldilməsi istiqamətində müvafiq işlər həyata keçiririk;

STP-nin rəhbərliyi bütün prinsiplərə əməl edərək iş zamanı insanların təhlükəsizliyinə, sağlamlığına və əmlakına zərər vura biləcək təhlükələrin və risklərin qarşısının alınması və ya minimuma endirilməsi üçün mümkün olan bütün tədbirlərdən istifadə etməklə bu siyasətin həyata keçirilməsinə nail olmağa çalışır.

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Ekologiya sahəsində üzrə

S İ Y A S Ə T İ

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) rəhbərliyi bəyan edir ki, Ekologiya sahəsində siyasəti layihələndirmə, tikinti, istehsal və istismar prosesləri zamanı ətraf mühitin qorunması, ekoloji risklərin və aspektlərin, eləcə də təbii resurslara təsirinin azaldılmasına yönəldilmiş tədbirləri prioritet hesab edir və aşağıdakılara önəm verir :

  • • Təbii ehtiyatların mühafizəsi ilə bağlı ölkənin tərəfdar çıxdığı beynəlxalq razılaşma sənədləri (konveksiyalar, sazişlər, protokollar və s.), o cümlədən beynəlxalq və yerli qanunvericilik tələblərinə riayət etmək;
  • • Fəaliyyət göstərdiyimiz sahələrdə ictimaiyyət və ekosistemlər üçün yarana biləcək ekoloji riskləri və ekoloji aspektləri maksimum səviyyədə azaltmaq;
  • • Fəaliyyətimizdə ətraf mühitin təhlükəsizliyinin idarə etmə sistemini tətbiq etmək;
  • • Ətraf mühitə edilə biləcək təsirləri nəzərə alaraq fəaliyyət zamanı bütün işçilərə müvafiq və dolğun məlumatlarla təlimatlandırmaq;
  • • Layihələndirmə, tikinti, istehsal və istismar prosesləri zamanı ekoloji aspektlərin ətraf mühitə təsirinin davamlı monitorinqini həyata keçirmək;
  • • Şirkət ilə əlaqədə olan podratçılara, firmalara, müəssisələrə və s. partnyorlara İSO 14001:2015 standartının (Ətraf mühitin idarə edilməsi sistemi) tələblərinin əlçatan olmasını təmin etmək.

“Sumqayıt Texnologiyalar Parkı” MMC bütün prinsiplərə əməl etməklə iş prosesi zamanı ətraf mühitin təhlükəsizliyinə zərər vura biləcək hər hansı bir təhlükənin qarşısının alınması və ya minimuma endirilməsi üçün mümkün olan bütün imkanlardan istifadə etməklə bu siyasəti həyata keçirir.