SM6-36 Seriyali Modul Tipli Yuvalar
Tətbiq sahəsi
SM6-36 tipli yuvalar orta gərginlikli paylayıcı şəbəkələrdə (PŞ) və paylayıcı transformator yarımstansiyalarında (PTY) quraşdırılaraq elektrik enerjisinin paylanmasında mühüm rol oynayır.
Elektrik Avadanlıqları zavodunda 2013-ci ildən etibarən “SCHNEIDER ELECTRIC” firmasının lisenziyası əsasında SM6-36 tipli paylayıcı yuvalar istehsal olunur.
SM6-36 avadanlıqları eleqaz ilə doldurulmuş metal gövdədə yerləşdirilmiş modul tipli yuvalardır.
SM6-36 tipli yuvalar orta gərginlikli paylayıcı şəbəkələrdə (PŞ) və paylayıcı transformator yarımstansiyalarında (PTY) quraşdırılaraq elektrik enerjisinin paylanmasında mühüm rol oynayır.
SM6-36 tipli yuvalar texniki göstəricilərlə yanaşı, insanların və avadanlıqların təhlükəsizliyi baxımından da bütün tələblərə cavab verir. Quraşdırılma, istismarı çox asan və sadədir.
SM6-36 tipli paylayıcı yuvaların aşağıdakı yuva tipləri vardır:
- IM, IMC - Yük ayırıcı yuva
- QM - Qoruyucu ilə kombinasiya edilmiş yük ayırıcı yuva
- DM1-A, DM1-D - Bir ayırıcı açarlı yuva
- DM2 - 2 ayırıcı və 1 açarlı yuva
- CM, CM2 - Gərginlik transformatorlu ölçü yuvası
- SM- Ayırıcı yuva
SM6-36 tipli yuvaların əsas texniki göstəriciləri aşağıdakı kimidir:
Nominal açma gərginliyi | |
Nominal gərginlik, kV Unom | 36 |
Maksimal işçi gərginlik, kV Umax | 38,5 |
İzolyasiya dərəcəsi | ||
Nominal sənaye gərginliyinə dayanıqlıq, 50 Hs/1 dəq, (kV) | 70 | 80 |
Nominal gərginlik, 1,2/50 mks, kV | 170 | 195 |
Açma cərəyanı | |
Yüksüz kabel, A | 50 |
Termiki dayanıqlıq cərəyanı (kA/1san) | Nominal qoşma cərəyanı, A | |
12,5 | 630 | 1250 |
16 | 630 | 1250 |
20 | 630 | 1250 |
25 | - | 1250 |
Elektrodinamik dayanıqlıq cərəyanı (kA) |
31,5 |
40 |
50 |
62,5 |