“STP Global Cable” şirkəti Almaniyanın Düsseldorf şəhərində sərgidə iştirak edir.
“STP Global Cable” şirkəti Almaniyanın Düsseldorf şəhərində sərgidə iştirak edir.
STP Şirkətlər Qrupuna daxil “STP Global Cable” şirkəti Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Beynəlxalq Boru Kəməri Materialları Sərgisində ilk dəfə olaraq iştirak edir. 3 gün davam edən sərgidə kabel sənayesi üzrə 1300-dən çox şirkət məhsul və xidmətlərini nümayiş etdirir.
Məlumat üçün xatırladaq ki, “STP Global Cable” şirkəti STP Şirkətlər Qrupunun ən iri müəssisəsidir. 300 kateqoriyada və 28 000 çeşiddə kabel, mis və alüminium çubuqlarının eləcədə neft quyu nasoslar üçün nəzərdə tutulan kabellərin istehsalını həyata keçirir. Dünyada, damarın 3000mm² qədər en kəsiyi olan və 500 kV-luq kabel istehsal edən, azsaylı istehsalçılardan biri, regionda isə optik kabelin yeganə istehsalçısıdır. Ölkədə müasir tipli, daxildə və xaricdə quraşdırılan ödəniş terminalları, məlumat və növbə köşkləri istehsal edən yeganə müəssisədir. Eləcədə şirkətdə, dizel generatorları, kabel kanalları, elektrik yuvaları istehsal olunur və müxtəlif növ metalların sinklənmə xidməti göstərilir.
STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.