“STP Global Cable” şirkətində ixracat göstəriciləri artıb.
“STP Global Cable” şirkətində ixracat göstəriciləri artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən 2023-cü il yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinq cədvəlində STP Şirkətlər Qrupunun “STP Global Cable” şirkəti yüksək nəticələr nümayiş etdirib. Belə ki, şirkətin hesabatına görə ötən ilin eyni dövri ilə müqayisədə ixracat dövriyyəsi 123% artıb. Buna səbəb 2023-cü il ərzində ixrac olunan ölkələrin sayının artması, yeni layihələrin imzalanmasıdır. Hal-hazırda ixracat həyata keçirilən ölkələr sırasında Tacikistan, Qazaxıstan, Ukrayna, Türkmənistan, Rusiya, Gürcüstan, Türkiyə, Belarus və Rumıniya ölkələridir. Onu da qeyd edək ki, hal-hazırda ABŞ-da bir neçə şirkət ilə danışıqlar aparılır və sözügedən şirkətlərin tələblərinə cavab verən sertifikatların alınması prosesi başlayıb artıq.
Məlumat üçün xatırladaq ki, “STP Global Cable” şirkəti STP Şirkətlər Qrupunun ən iri müəssisəsidir. 300 kateqoriyada və 28 000 çeşiddə kabel, mis və alüminium çubuqlarının eləcədə neft quyu nasoslar üçün nəzərdə tutulan kabellərin istehsalını həyata keçirir. Dünyada, damarın 3000mm² qədər en kəsiyi olan və 500 kV-luq kabel istehsal edən, azsaylı istehsalçılardan biri, regionda isə optik kabelin yeganə istehsalçısıdır. Ölkədə müasir tipli, daxildə və xaricdə quraşdırılan ödəniş terminalları, məlumat və növbə köşkləri istehsal edən yeganə müəssisədir. Eləcədə şirkətdə, dizel generatorları, kabel kanalları, elektrik yuvaları istehsal olunur və müxtəlif növ metalların sinklənmə xidməti göstərilir.