STP Polimer şirkətinin satış və istehsalat göstəriciləri artıb.

STP Polimer şirkətinin satış və istehsalat göstəriciləri artıb.

STP Şirkətlər Qrupuna daxil olan STP Polimer şirkəti 2023-cü il ərzində bir sıra göstəricilər üzrə müsbət nəticələr əldə edib. Belə ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə satış 1.3 dəfə, ixracat həcmi 1.5 dəfə və şirkətdə istehsal olunan məhsullardan biri polimer borularının istehsalı 1.5 dəfə artıb.

Məlumat üçün qeyd edək ki, STP Polimer şirkəti Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb və regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir. Bundan əlavə şirkətdə polimer fitinqlər, sarınmış və polimer kompozit borular, mikser-dozator və kabel plastikatı, su və kanalizasiya boruları, lövhə istehsalı sahələri fəaliyyət göstərir.

Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir. Bütün hazır məhsullar Danimarkadan gətirilmiş laboratoriyalarda sınaqdan keçirilir. Bizim laboratoriyalar ISO 9001:2008 və ISO 17025:2008 standartlarına uyğun akkreditə olunub.

Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990  Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az)  və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.