STP Şirkətlər Ǫrupu “Sabahın Gücü” İnkişaf Proqramının növbəti məzunlarını təltif etdi!

STP Şirkətlər Ǫrupu “Sabahın Gücü” İnkişaf Proqramının növbəti məzunlarını təltif etdi!

Bakı, 02.10.2024 – STP Şirkətlər Qrupunun həyata keçirdiyi “Sabahın Gücü” inkişaf proqramı çərçivəsində 1 Oktyabr tarixində Hilton oteldə növbəti məzun günü keçirilib. Məlumat üçün qeyd edək ki “Sabahın Gücü” inkişaf proqramı ölkədə ilk dəfə olaraq STP Şirkətlər Qrupu tərəfindən mühəndislik sahəsində təhsil alan gənclərin sənaye mühəndisliyi istiqamətində peşəkar inkişafını artırmaq məqsədilə yaradılan proqramdır.

Proqramın məqsədi ölkəmizdə aparılan kadr potensialının yüksəldilməsi siyasətinə töhfə verməklə yanaşı, müasir çağırışlara uyğun olaraq sənaye sahəsində fəaliyyət göstərəcək uğurlu gənc mühəndislər nəslinin yetişdirilməsi və son nəticə olaraq ölkə gənclərinin inkişafına dəstək verməkdir.

2023-cü ildən start götürən “Sabahın Gücü” proqramı gənclərin böyük marağına səbəb olmuşdur. Belə ki, 2023-cü ildə 100 nəfər müraciətçinin arasından 50 nəfər proqrama qoşulmuşdursa, сari tədris ilinin ilk yarısında bu say 3000 müraciətçi arasından 108 nəfər təşkil etdi. Tədris müddətində təcrübəçilərin texniki biliklərinin və yumşaq bacarıqlarının artırılması məqsədilə müxtəlif təlimlər təşkil edilmişdir. “Sabahın Gücü” təcrübəçilərinin peşəkar hazırlığını təmin etmək üçün STPŞirkətlər Qrupunda çalışan əməkdaşlardan ibarət mentorlar komandası formalaşdırılmışdır və proqrama cəlb edilmişdir.

Tədbirdə çıxış edən STP Şirkətlər Qrupunun İnsan Resursları üzrə Baş İnzibatçısı, “Sabahın Gücü” inkişaf proqramının rəhbəri Şölə Əliyeva, şirkət üçün gənclərin inkişafı prioritet məqsədlərdən olduğunu qeyd etdi və həmçinin əlavə etdi: “Son 4 ildə təqribən 400 nəfər gənc peşəkar sənaye mühəndisi kimi yetişdirilmişdir və “Sabahın Gücü” inkişaf proqramı çərçivəsində gənc mühəndisləri sənaye prosesinə cəlb etməklə, ölkə gəncləri arasında bu sektora marağın daha da böyüməsinə nail olmaq istəyirik. Eyni zamanda xanımların sənaye mühəndisliyi sahəsinə cəlb edilməsi məqsədi ilə STP Şirkətlər Qrupu və Təhsilin İnkişaf Fondu tərəfindən həyata keçirilən “Zərif Mühəndislər” layihəsində seçilən xanım qaliblərimizi də təqdim edərək onlara uğurlar arzu etmək istəyirəm.”

Qeyd edək ki, Gənclərin davamlı peşəkar inkişafını təmin etmək üçün “Sabahn Gücü” inkişaf proqramına yenidən start verilmişdir. Proqrama qoşulmaq üçün, CV-nizi mövzu hissəsində ixtisasınızı qeyd etməklə, [email protected] elektron ünvanına göndərə bilərsiniz və ya bu linkə keçid etməklədə müvafiq vakansiyanı seçərək müraciət etmək mümkündür

STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı *0990 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələrimizi izləməklə əldə edə bilərsiniz.