STP Şirkətlər Qrupu ağacəkmə aksiyası keçirib.
STP Şirkətlər Qrupu ağacəkmə aksiyası keçirib.
Qrup tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” münasibəti ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirilib. #yashilplanet şüarı altında təşkil olunan tədbirdə qrupa daxil şirkətlərin əməkdaşları ilə yanaşı “Sabahın Gücü” inkişaf proqramının təcrübəçiləri də iştirak etmişlər. Aksiyanın təbiətsevər iştirakçıları onlara ayrılan ərazidə 200 ədəd zeytun ağacı əkərək ümumilikdə 2 sot torpaq ərazinin yaşıllaşdırılması və abadlaşdırılmasına töhfə veriblər.
Qeyd edək ki, tədbir çərçivəsində STP Şirkətlər Qrupunun onlarla zavodun yerləşdiyi ərazisində də 60 ədəd şam ağacı əkilib. Aksiyada qrupun baş icraçı direktoru Hicran Valehov da iştirak edib.
Bu kimi tədbirlərin təşkil olunmasında məqsəd ətraf mühitin qorunmasına və ekoloji tarazlığın bərpasına dəstək olmaq, təbiətə töhfə verməkdir.
#yashilplanet