STP Şirkətlər Qrupu daha bir layihəsini uğurla həyata keçirib.

STP Şirkətlər Qrupu daha bir layihəsini uğurla həyata keçirib.

Qrupa daxil “SOCAR STP” şirkəti ölkəmizdə ASME beynəlxalq standartı əsasında yüksək təzyiqli çənlərin istehsalını həyata keçirən yeganə müəssisədir. Dənizdə və quruda istifadəsi nəzərdə tutulan bu avadanlıqların mühəndislik və istehsalat prosesi yerli kadrların əməyi hesabına aparılır.

Bu tipli çənlərdən biri “Umid Babek Operating Company” şirkətinin sifarişi ilə “SOCAR STP”   şirkətinin Mexaniki Emal Zavodunda istehsal edilərək quraşdırılması üçün Daşgil Terminalına təhvil verildi. Həcmi 41 kubmetr, uzunluğu 11000 mm, diametri 2500mm çəkisi 13 ton olan bu avadanlıq 180 dərəcə əməliyyat temperaturunda qazın emalı prosesində istifadə üçün nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, “SOCAR STP” şirkəti separatorlar, yüksək gərginlikli elektrik qülləli işıq dirəkləri, 200 tona qədər yerüstü kranlar, portal kranlar, dəniz kranları, istilik dəyişdiricilər, flanslar (dupleks, blind), dişli çarxların və hazır sxemlər (cizgilər) əsasında bir çox detalların (3-5 oxlu Torna / Frezləmə) istehsalını həyata keçirir. Həmçinin ağır mühəndislik və “OCTG Threading” (API, qazma borusu iplərinin kəsilməsi və təmiri) kimi xidmətlər təklif edir.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az)  və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.