STP Şirkətlər Qrupu Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz etdi.

STP Şirkətlər Qrupu Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz etdi.

Bu günlərdə qrupa daxil “SOCAR STP” MMC-də istehsal edilən yük qaldıran kran Kəlbəcər rayonu Aşağı Vəng Su Elektrik Stansiyasına təhvil verilib.

Şirkətin Mexaniki Emal Zavodunda hazırlanan kran 40 ton yük qaldırma qabiliyyətinə malikdir. Aşırımı 17615 mm, nəzəri çəkisi 19 ton olan bu avadanlıq su elektrik stansiyasında turbinin quraşdırılması və təmiri üçün nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, “SOCAR STP” separatorlar, yüksək gərginlikli elektrik qülləli işıq dirəkləri, 200 tona qədər yerüstü kranlar, portal kranlar, dəniz kranları, istilik dəyişdiricilər, flanslar (dupleks, blind), dişli çarxların və hazır sxemlər (cizgilər) əsasında bir çox detalların (3-5 oxlu Torna / Frezləmə) istehsalını həyata keçirir. Həmçinin ağır mühəndislik və “OCTG Threading” (API, qazma borusu iplərinin kəsilməsi və təmiri) kimi xidmətlər təklif edir.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az)  və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.