STP Şirkətlər Qrupu yeni əməkdaşlığa imza atıb.
STP Şirkətlər Qrupu yeni əməkdaşlığa imza atıb.
“Almet Holding” ASC və STP Şirkətlər Qrupu arasında qrupa məxsus Armatur İstehsalı Zavodunun idarə edilməsinə dair birgə əməkdaşlığa imza atılıb. Tərəflərin imzaladığı müqaviləyə əsasən “Almet Holding” ASC-nin törəmə şirkəti olan “ASPM” MMC, sözügedən zavodda armaturun istehsalını həyata keçirəcək.
STP Şirkətlər Qrupu tərəfindən verilən məlumatda, zavodun fəaliyyətində məhsuldarlığın artırılması baxımından bu tərəfdaşlığın çox səmərəli olacağı vurğulanıb. İstehsalat prosesində tərəflərin potensial və təcrübələrinin birləşdirilməsi zavodun fəaliyyətinə müsbət təsir göstərmiş olacaq.
STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.