STP Şirkətlər Qrupu yüksək göstəricilər əldə edib.

STP Şirkətlər Qrupu yüksək göstəricilər əldə edib.

STP Şirkətlər Qrupunun  “STP Global Cable” şirkətinin Elektrik Avadanlıqları, Sinkləmə və Kabel zavodlarının 2023-cü ilin yanvar-dekabr aylarında həyata keçirdiyi ümumi satış dövriyyəsi ilk dəfə olaraq 100 000 000 manatı keçmişdir.  

Onu da qeyd edək ki, sözügedən şirkət xarici ölkələrin neft hasilatçıları ilə sıx əməkdaşlıq etməyə davam edir və ilk sınaq üçün məhsul istehsalına başlamışdır. Sözügedən xarici müəssisələr dünya üzrə tanınmış neft hasilatçılarıdır və “STP Global Cable” şirkəti gələcəkdə həmin şirkətlərlə məhsulların ixracatını həyata keçirməyi planlaşdırır. 

Məlumat üçün xatırladaq ki, “STP Global Cable” şirkəti STP Şirkətlər Qrupunun ən iri müəssisəsidir. 300 kateqoriyada və 28 000 çeşiddə kabel, mis və alüminium çubuqlarının eləcədə neft quyu nasoslar üçün nəzərdə tutulan kabellərin istehsalını həyata keçirir. Dünyada, damarın 3000mm² qədər en kəsiyi olan və 500 kV-luq kabel istehsal edən, azsaylı istehsalçılardan biri, regionda isə optik kabelin yeganə istehsalçısıdır. Ölkədə müasir tipli, daxildə və xaricdə quraşdırılan ödəniş terminalları, məlumat və növbə köşkləri istehsal edən yeganə müəssisədir. Eləcədə şirkətdə, dizel generatorları, kabel kanalları, elektrik yuvaları istehsal olunur və müxtəlif növ metalların sinklənmə xidməti göstərilir. 

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990  Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az)  və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.