Tətbiq sahəsi
İlk yerli elektron köşk məhsulları - STP terminal
Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi terminal və köşk tipli avadanlıqları artıq “STP Terminal” brendi altında təqdim ediləcək. STP terminallara ödəmə və bilet terminalları, o cümlədən növbə və informasiya köşkləri aiddir. STP terminalları bütün dövlət qurumlarında, fəaliyyət növündən, sahəsindən asılı olmayaraq istənilən təşkilat və şirkətlərdə istifadə oluna bilər.
Üstünlüklərimiz
-
Yerli İstehsal
İnnovativ texnologiyaların tətbiqi ilə hazırlanan və tamamilə dünya standartlarına cavab verən terminallarımız “Made in Azerbaijan” brendi altında istehsal edilir.
-
Qiymət
Yerli istehsal olan STP terminallarının qiymətləri xarici analoqları ilə müqayisədə daha münasibdir.
-
Texniki Baxış
Terminalların texniki baxışı da STP tərəfindən həyata keçirilə bilir.
-
Forma
Terminalların karkas və konstruksiyası müştərinin istəyinə əsasən dizayn oluna, həmçinin sifarişçi şirkətin korporativ rənglərinə uyğun olaraq rənglənə bilir.
-
360 dərəcə görüntü
Məhsulların 360 dərəcə görünüşü ilə bağlı kiçik başlıq
Xidmət sahələri
Bank və digər maliyyə qurumları
Ödəniş, Növbə və Məlumat Terminalları vasitəsilə müştərilərə əvəzsiz xidmət göstərə bilərsiniz. Maliyyə xidmətləri dünyası sürətlə dəyişir və istehlakçılar öz banklarında ödəmə və ünsiyyət üçün daha çox fərdiləşmiş, rahat, lakin təhlükəsiz variantlar axtarırlar. STP, bu tələbləri yerinə yetirmək üçün geniş çeşiddə terminallar təklif edir.
Otel
Hotel, hostel kimi müəssisələrdə işçi əməyinə qənaət, qeydiyyat-çıxış prosesini sürətləndirmək məqsədi ilə kiosklar yerləşdirilə bilər. Eyni zamanda böyük otellərdə məlumat terminalları müştərilərin otelin daxilində və şəhərdə hərəkətini rahatlaşdırmaq üçün istifadə edilə bilər.
Dövlət müəssisələri
Dövlət və yerli hökumət orqanlarında vətəndaşların müraciətlərini vaxtında cavablandırmaq üçün informasiya və növbə köşklərinin istifadə olunması xidmətlərin səmərəsini önəmli dərəcədə artırır. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi üçün edilən sorğuların interaktiv köşklər vasitəsilə həyata keçirilməsi mümkündür.
Xəstəxanalar
Xəstəxanalar, həkim qəbul otaqları və digər səhiyyə müəssisələrində ziyarətçilərin qeydiyyatı, ödəniş edilməsi, görüş vaxtı təyin etmə və digər xidmət və proseslər terminallar vasitəsi ilə asanlıqla həll oluna bilər. Növbə, Məlumat və Ödəniş Terminalları da bu tip müəssisələrdə faydalı olur.
Əyləncə
Kinoteatrlar və Konsert zallarında bilet terminalları, əyləncə mərkəzləri, idman zalları və s. müəssisələrdə ödəmə və növbə köşkləri müştərilərə daha tez və asan xidmət imkanı yaradır. Bu yolla əməliyyatlar sürətlə həyata keçirilir və müştəri məmnuniyyəti artırılır.
Restoran
Köşklər sifarişdə dəqiqlik və ödənişdə rahatlığı təmin edə bilər. Xüsusilə «fast-food» kategoriyasına daxil olan restoranlarda müştərilər sifarişlərini ən qısa zamanda və xüsusi hallarda yeməkləri öz zövqlərinə uyğun fərdiləşmiş şəkildə tələb edirlər. STP restoranlara müştərilərinin tələbinə uyğun köşklər hazırlaya bilər. Bu köşklər müştəriyə göstərdiyiniz xidmətin digər aspektlərinə diqqət yetirməyinizə imkan yaradacaq və nəticə olaraq daha yaxşı müştəri təcrübəsi təmin edəcək.
Pərakəndə satış Mağazaları
Məlumat köşkləri anbarda və ya digər mağaza şöbələrində mövcud olan məhsul növü və ölçüləri barədə bilgi vermək üçün istifadə edilə bilər. İnteraktiv köşklər müştərilərə satıcıların köməyi olmadan məhsulların çeşidlərini tapmaqda və satın almaqda kömək edəcək.
Təhsil
Universitet, kollec, kurs və digər təhsil müəssisələrində terminallar qeydiyyat, təhsil haqlarının ödənişi, dərslərin seçimi kimi prosesləri, inzibati ofisdən gələn elan, tədbirlər haqqında məlumat, proqramlar barədə reklamların və s. çatdırılmasında asanlıq yaradacaq.
Digər sahələr
Müasir dövrdə müştərilər və əməkdaşlarla ünsiyyətin avtomatlaşdırılması, həmçinin məlumat ötürülməsində köşklərin tətbiqi üçün geniş imkanlar var. Bu imkanlardan yararlanaraq vaxta, maliyyəyə qənaət edə bilər, həmçinin müştəri məmnuniyyətini önəmli dərəcədə artıra bilərsiniz. Həmçinin köşklər kağız işini azaldır və statistik məlumatların toplanması və analitikasının aparılmasını da asanlaşdırır.
Texniki xüsusiyyətlər
-
İqlim şəraiti
+ 5°C-dən +40°C-ə qədər
-
Nisbi rütubət
80%-ə qədər
-
Bir monitorlu terminalın qabarit ölçüləri
470x580x1500
-
İki monitorlu terminalın qabarit ölçüləri
470x580x1925
-
Oturacağın qabarit ölçüləri
500x590
Terminallar adətən təhlükəsiz və ya nəzarətin olduğu yerlərdə, insan sıxlığı çox olan yerlərdə quraşdırılır.
Müəssisədə həm qapalı, həm açıq hava şəraitində istifadə olunan, həmçinin divariçi istifadə üçün nəzərdə tutulan və iri monitorlu terminallarda istehsal olunur.
Gövdənin təsviri
Gövdənin təsviri haqqında kiçik başlıq