Ümumi məlumat
Tətbiq sahəsi
DƏQİQ EMAL
Dəqiq Emal sexi 2012-ci ildən Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərir. Bütünlüklə CNC texnologiyaları əsasında mürəkkəb konstruksiyalı maşın-mexanizm elementlərinin istehsalı məqsədi ilə yaradılmış yeni tipli bir müəssisədir. Sexin ərazisi 13584 m² təşkil edir.
İstehsal prosesində Finlandiya, Yaponiya, Almaniya və digər aparıcı ölkələrin avadanlıqlarından və alətlər istifadə olunur.
Müəssisədə mövcud olan avadanlıqlar:
- 3-5 oxlu CNC torna və frez dəzgahları, horizontal və vertikal emal mərkəzləri, CNC elektro-erroziya dəzgahları, pardaqlama dəzgahları, dişli frez dəzgahları, mişar dəzgahları, dərin deşik açma dəzgahı
- Koordinat ölçü cihazları (kiçik, orta və böyük ölçüdə CMM)
- Kəsici alətləri
Dəqiq Emal sexində ekoloji vəziyyəti:
Müəssisədə ekoloji vəziyyət müasir tələblərə uyğun həyata keçirilir. Dəzgahların zəmanətlə dəqiq işlədilməsi, zavoddakı hava şəraitinin sabit saxlanması və ətraf mühitin mühafizəsi məqsədilə zavodda 8 ədəd, dəzgahlarda isə14 ədəd filter quraşdırılmışdır. Filterlər torna və frez dəzgahlarda əmələ gələn yağ buxarları və bakteriya kimi zərərli hissəcikləri üç mərhələli filtrasiya prosesi ilə təmizləyir. Həmçinin yağ buxarlarını və bakteriyaları aradan qaldırmaqla bu filterlər işçilərin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Dəqiq Emal sahəsində ölkə səviyyəli böyük layihələr üçün məhsullar istehsal etmişik. Layihələrdən bir qismi bunlardır:
- BP Şahdəniz 1 və 2
- BP Tanap
- Roskosmos Robot 1, 2 və 3
- Azərbaycanın elektrik stansiyalarının təmiri
- Radiozavod Müdafiə Sənayesi Nazirliyinin xüsusi layihəsi
- Metropoliten tübinqləri.
Zavodun avadanlıqlarına əsaslanaraq istehsal edə biləcəyimiz potensial məhsullar:
Sexin əsas məhsulları geniş çeşiddə texnoloji ləvazimat və tərtibat, dişli ötürmənin bütün mövcud növlərinə aid detal və yığımlar, böyük ölçülü val tipli və prizmatik detallardır. Bunlara aiddir:
- Plastik kütlə, rezin, şüşə və müxtəlif əlvan metal məmulatlar üçün tökmə qəlibləri və presqəliblər
- Kəsmə, əymə və forma vermə ştampları
- Gövdə detalları (müxtəlif qabarit ölçülərdə)
- Pilləli, şlisli, dişli vallar (müxtəlif qabarit ölçülərdə)
- Slindrik, konik, sonsuz vint, Novikov tipli, hipoid və s. dişli çarxlar
- İnstrumental məmulatlar.