Ümumi məlumat
Əgər bu sektorda canlanma varsa, deməli, həmin ölkə iqtisadi cəhətdən inkişaf edir.
Bu gün Azərbaycanın inşaat sektorunda dövlət müəssisələri ilə yanaşı, özəl sektora məxsus tikinti şirkətləri də yaxından iştirak edir. Bunun da nəticəsi olaraq, Azərbaycanda mükəmməl inşaat sənayesi formalaşıb. Əvvəllər xaricdən idxal edilən bir çox tikinti materialları, indi yerli müəssisələrdə istehsal olunur. Hətta onların bir hissəsi xaricə də ixrac edilir. Ölkə əhalisinin xeyli hissəsi isə bu sektorda çalışmaqla öz güzəranını qurur.
Sosial mənzillərin, kütləvi yenidənqurma işlərinin aparılması inşaat sektorunda sahibkarlığın inkişafına stimul verməklə yanaşı, yeni iş yerlərinin də açılmasına şərait yaradır. Belə vəziyyət həm də yerli xammaldan istifadə etməyə imkan yaradır, tikinti materialları sənayesinin inkişafını təmin edir.
Çoxşaxəli və respublika sənayesini inkişaf etdirən müəssisə olan Sumqayıt Texnologiyalar Parkı (STP) ölkədə inşaat sektorunun əsas təchizatçılarından olaraq, regionun qabaqçıl istehsal mərkəzidir.
2009-cu ilin dekabrın 22-də dövlət başçısı cənab İlham Əliyev tərəfindən istismara verilən STP, regionda texnoparkların yaradılmasında pioner olmaqla, həm də məhsullarının fərqli çeşidləri ilə seçilən ixtisaslaşmış zavodlar kompleksidir. Qısa bir zamanda istehsal gücünü daha da artıran texnoparkın 250 hektar ərazisində hazırda 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu müəssisələrin işə salınması istehlakçıların tələbatına uyğun yüksək keyfiyyətli müxtəlif tikinti materialları istehsalına da imkan yaradıb. Müasir texnologiyaların tətbiqi, eyni zamanda, tikinti sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətə və idxalın əvəz edilməsinə səbəb olub.
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi müasir dövrümüzdə müəssisələrin istehsal gücü və məhsullarının rəqabətədavamlılığı bazar tələblərinə görə əsas şərtlər kimi müəyyən olunur. Məhz bu rakusdan çıxış edən STP, bu gün istehsal xətləri, o cümlədən məhsul və xidmətlərinin ən son standartlara uyğunlaşdırılması və istehsal proseslərində tam yeni texnologiyaların mənimsənilməsinə nail olmuşdur.
STP fəaliyyətində müştəri məmnuniyyətinin tam qarşılanması məqsədini rəhbər tutaraq, tərəfdaşlıq etdiyi tikinti şirkətləri ilə əməkdaşlığa daima yüksək önəm verir. Dövlət Bayraq meydanı, “Baku Crystal Hall”, Bakı Olimpiya Stadionu, SOCAR Tower və s. bu kimi iri layihələrdə tikinti-quraşdırma və abadlaşdırma işlərində əsas təchizatçı kimi iştirak edən Texnopark, inşaat sektoruna davamlı olaraq öz yüksək keyfiyyətli və münasib qiymətli məhsullarını təqdim edir.