Şirkətimizin insan resurslari departamenti insan amilinə yüksək qiymət verən kadr siyasəti çərçivəsində fəaliyyət göstərir.

"Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) üçün ən önəmli dəyərlərdən biri də insan amilidir. Şirkətimizin insan resurslari departamenti insan amilinə yüksək qiymət verən kadr siyasəti çərçivəsində fəaliyyət göstərir. STP-nin ən dəyərli kapitalının işçi heyəti olduğunu bilir və bu heyətin effektiv idarə olunması müəssisənin məhsuldarlığına bir başa təsir edir. Biz işçilərimizin qayğısına qalmağın nə qədər önəmli olduğunu anlayırıq və onların inkişaf etmələrinə yardım etməyi özümüzə borc bilirik. Hesab edirik ki, bizim bugünki və gələcək uğurlarımıza zəmanət verən məhz bizim işçilərimizdir.

STP-yə qoşularaq siz hər birinin uğurlarımızda əhəmiyyətli rolu olan, ümumi sayı 1800-dən çox insandan ibarət bir komandaya üzv olacaqsınız. Biz işimizi daha da yaxşı yerinə yetirməkdə bizə və sifarişçilərimizə yardım edəcək və işini gözləniləndən daha yaxşı icra etməyə, eyni zamanda Sumqayıt Texnologiyalar Parkında öz karyera və bacarıqlarını təkmilləşdirmək bacarığına malik savadlı və məsuliyyətli kadrlar axtarırıq. Karyeranızın “Sumqayıt Texnologiyalar Parkı” MMC-də inkişafı üçün bizə qoşulun!

Ümumi məlumat