Ümumi məlumat
Məhz dünya enerji bazarında yaşanan proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri nəticəsində iqtisadiyyatın digər sektorlarında işini itirən insanların bir hissəsinin yenidən kənd təsərrüfatına üz tutmaları da deyilənlərin bariz nümunəsidir. Hazırda respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir.
Bu sektorun inkişafına müsbət təsir göstərə amillərdə biri də texiki təchizatın mayə dəyərinin ucuz və keyfiyyətli olmasıdır. Bunun üçün də yeni yaradılan istehsal sahələrinin qurulması zamanı yerli xammaldan istifadə imkanlarıdır.
Çoxşaxəli və respublika sənayesini inkişaf etdirən müəssisə olan Sumqayıt Texnologiyalar Parkı (STP) ölkədə bir çox sektorunun əsas təchizatçılarından olaraq, kənd təsərrüfatının da müxtəlif sahələrinə öz yüksək keyfiyyətli məhsullarını təqdim edir.
2009-cu ilin dekabrın 22-də dövlət başçısı cənab İlham Əliyev tərəfindən istismara verilən STP, regionda texnoparkların yaradılmasında pioner olmaqla, həm də məhsullarının fərqli çeşidləri ilə seçilən ixtisaslaşmış zavodlar kompleksidir. Qısa bir zamanda istehsal gücünü daha da artıran texnoparkın 250 hektar ərazisində hazırda 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu müəssisələrin işə salınması istehlakçıların tələbatına uyğun yüksək keyfiyyətli müxtəlif tikinti materialları istehsalına da imkan yaradıb. Müasir texnologiyaların tətbiqi, eyni zamanda, tikinti sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətə və idxalın əvəz edilməsinə səbəb olub.
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi müasir dövrümüzdə müəssisələrin istehsal gücü və məhsullarının rəqabətədavamlılığı bazar tələblərinə görə əsas şərtlər kimi müəyyən olunur. Məhz bu rakusdan çıxış edən STP, bu gün istehsal xətləri, o cümlədən məhsul və xidmətlərinin ən son standartlara uyğunlaşdırılması və istehsal proseslərində tam yeni texnologiyaların mənimsənilməsinə nail olmuşdur.
STP fəaliyyətində müştəri məmnuniyyətinin tam qarşılanması məqsədini rəhbər tutaraq, əməkdaşlıq etdiyi tikinti şirkətləri ilə əməkdaşlığa daima yüksək önəm verir. 2009-cu ildən 50-dən artıq iri layihələrdə əsas təchizatçı kimi iştirak edən Texnopark, kənd təsərrüfatına da davamlı olaraq öz yüksək keyfiyyətli və münasib qiymətli məhsullarını təqdim edir.